Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başlayıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüşə start verilib.
AZƏRTAC xəbər verir ki, yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.
İlk sərbəst yürüşdə “Mercedes”in britaniyalı pilotu Corc Rassel birinci olub.
Fotoqraflar – Tofiq Babayev, İlkin Cavanşirov