Almaniyada peşəkar kişi futbol komandasına rəhbərlik edən ilk qadın baş məşqçi istefaya göndərilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Almaniya futbol tarixində peşəkar kişi komandasına rəhbərlik edən ilk qadın baş məşqçi Sabrina Vittmann “İnqolştadt” klubundan istefaya göndərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya təmsilçisi rəsmi səhifəsində məlumat yayıb. 35 yaşlı mütəxəssislə müqaviləyə Almaniyanın III liqasında mövsümə uğursuz start səbəbindən sonra xitam verilib. Hazırda turnir cədvəlinin 13-cü pilləsində qərarlaşan “İnqolştadt” bu mövsüm keçirdiyi oyunlarda gözlənilən nəticələri əldə edə bilməyib.
“İnqolştadt” rəhbərliyi Vittmanna fədakarlığına və klubda keçirdiyi müddətə görə təşəkkür edib. Komandanın yeni baş məşqçisinin kim olacağı barədə məlumatın yaxın günlərdə açıqlanacağı bildirilib.
Vittmann 2024-cü ilin mayında “İnqolştadt”ın baş məşqçi əvəzi təyin olunub. Daha sonra mütəxəssislə əsas komandanın baş məşqçisi kimi müqavilə imzalanıb və bununla da o, Almaniya futbol tarixində peşəkar kişi komandasına rəhbərlik edən ilk qadın olub.
Qeyd edək ki, Sabrina Vittmann ötən ilin yanvarında UEFA Pro məşqçilik lisenziyası əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:00]
Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başlayıb
- 24.09.2026 [14:32]
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
- 24.09.2026 [14:15]
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
- 24.09.2026 [13:37]
Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb
- 24.09.2026 [13:12]