“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir VİDEO
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycanda keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, müvafiq plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.
Təlimə cəlb olunan artilleriya bölmələri tərəfindən icra edilən dəqiq atəş zərbələri ilə terrorçuların dayaq məntəqələri, sığınacaqları və əsas hərbi hədəfləri tam məhv edilib.
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin hazırlıq mərhələsində Ordumuzun hərbi qulluqçuları Türkiyə və Özbəkistandan olan şəxsi heyətlə birlikdə qarşıya qoyulan tapşırıqların icrası zamanı peşəkarlıq və yüksək döyüş hazırlığı nümayiş etdirirlər.