Türkiyədə şaquli qalxma qabiliyyətinə malik “Bayraktar” PUA-larından istifadə olunacaq
Ankara, 19 avqust, AZƏRTAC
Şaquli qalxma qabiliyyətinə malik “Bayraktar KALKAN” PUA-larının ilk partiyası yaxın günlərdə Türkiyənin rəsmi qurumlarının istifadəsinə veriləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı mərasim “TEKNOFEST” festivalına hazırlıq mərhələsi çərçivəsində Gölcükdəki gəmiqayırma zavodunun ərazisində keçiriləcək.
“Bayraktar KALKAN” PUA-sı kəşfiyyat məlumatlarının toplanması və ərazinin müşahidəsi məqsədilə hazırlanıb. Bu tip pilotsuz uçuş aparatları avtonom şəkildə şaquli qalxma və eniş zamanı 4 elektrik mühərrikindən istifadə edir, uçuş zamanı isə daxiliyanma mühərrikinə keçir.
Qanadlarının açılışı 5 metr, maksimal çəkisi 78 kiloqram olan PUA 6 min fut (1,8 kilometrdən çox) əməliyyat hündürlüyünə qalxır və havada ən azı 6 saat qala bilir. Üzərində 3 kiloqramlıq yükdaşıyan PUA məlumatları 70 kilometrdən artıq məsafəyə ötürə bilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]