Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayılda uşaqlar və yeniyetmələr üçün yaradıcılıqla bağlı ustad dərsləri təşkil edilib VİDEO

Bakı, 20 avqust, AZƏRTAC

“Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Yenidən doğulan torpağın övladları” adlı yaradıcılıq master-klasları layihəsi çərçivəsində Cəbrayıl rayonunun Horovlu kəndində uşaqlar və yeniyetmələr üçün silsilə ustad dərsləri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurda doğma yurdlarına qayıdan uşaqların asudə vaxtının səmərəli və məzmunlu təşkil edilməsi, onların yaradıcılıq potensialının üzə çıxarılması, sosiallaşmasına və sağlam həyat tərzi vərdişlərinin formalaşmasına dəstək göstərilməsidir.

Ustad dərslərinə Cəbrayıl, Horovlu kəndi və ətraf ərazilərdən uşaqlar və yeniyetmələr cəlb olunublar. Layihə çərçivəsində proqram beş əsas istiqaməti – rəsm, ədəbiyyat, teatr, musiqi və sağlam həyat tərzini əhatə edib.

Layihə çərçivəsində rəssam və tədbir təşkilatçısı Nurlana Hacıyevanın iştirakı ilə məktəblilər üçün “Rəsm” ustad dərsi də keçirilib. Dərsin nəzəri hissəsində uşaqlara rəssamlıq sənəti, tanınmış rəssamlar, rəsmçəkmə texnikaları, eləcə də bu sahədə istifadə olunan alət və ləvazimatlar barədə məlumat verilib. Nurlana Hacıyeva təcrübəsini iştirakçılarla bölüşərək, onların rəssamlığa marağının artırılmasına töhfə verib. Praktiki hissədə uşaqlar kətan və kağız üzərində rəsmçəkmə qaydalarını öyrənib, müxtəlif mövzularda yaradıcı işlər hazırlayıblar. İştirakçılar Xarıbülbül, Cəbrayıl rayonunun xəritəsi, natürmort, peyzaj, Pablo Pikassonun “Sülh göyərçini”, “Dəmir yumruq”, “Azərbaycan Bayrağı və əsgəri”, eləcə də “Ürək” mövzularında kompozisiyalar çəkib və rəngləyiblər. Bununla yanaşı, uşaqlar müxtəlif dizayn həllərindən istifadə etməklə maraqlı kollajlar da hazırlayıblar.

Rəsm ustad dərsinin əsas məqsədi uşaqların əl bacarıqlarının və bədii təxəyyülünün inkişafına dəstək olmaq, onları peşəkar rəssamların yaradıcılığı ilə yaxından tanış etməkdir.

Uşaqlar üçün “Ədəbiyyat” mövzusunda keçirilən ustad dərsi də iştirakçıların böyük marağı ilə qarşılanıb. Dərsin əvvəlində Bakı şəhərindən canlı bağlantı yaradılıb və onlayn rejimdə Hüseyn Cavidin ev-muzeyi nümayiş etdirilib. Uşaqlara muzeyin otaqları, unikal eksponatları və Hüseyn Cavidin həyat yolu haqqında ətraflı məlumat verilib. Daha sonra iştirakçılara müəyyən vaxt limiti çərçivəsində “Dirçələn yurdum” mövzusunda inşa yazmaq tapşırılıb. Uşaqlar öz əsərlərində arzularını, doğma yurda bağlılıqlarını və səmimi düşüncələrini əks etdiriblər. Dərsin sonunda Hüseyn Cavidin ev-muzeyi tərəfindən uşaqlara çoxsaylı kitablar, not dərslikləri və digər hədiyyələr təqdim olunub.

Layihə çərçivəsində tanınmış beynəlxalq idman jurnalisti, fitnesoloq və “Fitnes nədir” kitabının müəllifi Əkbər Kərimovun iştirakı ilə uşaqlar üçün “Sağlam həyat tərzi” mövzusunda ustad dərsi də təşkil olunub.

Nəzəri və praktiki hissələrdən ibarət olan təlim uşaqların böyük marağına səbəb olub. Təlimin əvvəlində Əkbər Kərimov sağlam həyat tərzinin əsas prinsipləri barədə məlumat verərək təcrübəsini iştirakçılarla bölüşüb. Tədbirin praktiki hissəsində uşaqlara sağlamlıq üçün sadə və faydalı gimnastik təmrinlər öyrədilib, onlarla birlikdə idman məşğələsi keçirilib. Tədbirin sonunda müəllifin “Fitnes nədir” kitabından xüsusi olaraq hazırlanmış “Uşaq fitnesi” mövzusunun çap versiyası uşaqlara təqdim olunub.

Teatr üzrə ustad dərsini Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Prezident mükafatçısı Ayla Osmanova keçib. Dərs zamanı iştirakçılar Azərbaycan teatrı və milli səhnə obrazları ilə tanış olub, müxtəlif aktyor və səhnə məşqlərində iştirak ediblər. Uşaqlar obraz yaratmaq, səhnədə özünü ifadə etmək və teatr dili ilə bağlı praktiki tapşırıqlar yerinə yetiriblər.

Musiqi üzrə ustad dərsi Avropa Gənclər Olimpiadasının səfiri Tofiq Hacıyevin iştirakı ilə keçirilib. İnteraktiv oyunlar vasitəsilə Azərbaycan musiqisinin zəngin ənənələri və musiqinin insan həyatındakı rolu haqqında məlumat verilib. Tədbir zamanı bir neçə uşaq öz ifasını da təqdim edib.

Layihəyə cəlb olunmuş uşaqlar və yeniyetmələrə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Cəbrayılda uşaqlar və yeniyetmələr üçün yaradıcılıqla bağlı ustad dərsləri təşkil edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram