Rusiyanın raket zərbələri nəticəsində Kiyevdə yaşayış binaları dağılıb - FOTOLAR VİDEO
Kiyev, 20 avqust, AZƏRTAC
Rusiya ordusunun avqustun 19-dan 20-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində şəhərin bir sıra yaşayış binaları dağılıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Kiyevin Solominski rayonunda uşaq bağçasına, onlarla çoxmərtəbəli binaya, avtomobilə zərər dəyib.
Hava hücumu zamanı Kiyevdə Darnitski, Svyatoşin rayonlarında da dağıntılar qeydə alınıb.
Hazırda 13 nəfərin həlak olduğu, 40-a yaxın insanın xəsarət aldığı müəyyən edilib.
Hadisə yerindən fotoları təqdim edirik.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev