World Türk kanalı: Zərifə Quliyeva Türk dünyasında əlaqələrin gücləndirilməsinə töhfə verir
Ankara, 20 avqust, AZƏRTAC
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zərifə Quliyevanın Türk Ağsaqqalları Birliyi tərəfindən diplomla təltif olunması Türkiyənin World Türk kanalında işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, yayımlanan xəbərdə Zərifə Quliyevanın uzun illər ərzində həyata keçirdiyi ictimai və sosial fəaliyyətlər, milli-mənəvi dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi və cəmiyyətin sosial həyatına verdiyi töhfələr barədə məlumat verilib.
Bildirilib ki, Türk Ağsaqqalları Birliyi tərəfindən təqdim olunan diplom Zərifə Quliyevanın ictimai fəaliyyətinə göstərilən diqqət və yüksək qiymətin ifadəsidir. Onun müxtəlif istiqamətlərdə həyata keçirdiyi layihələr, maarifləndirici təşəbbüsləri, milli-mənəvi dəyərlərin təbliği və onların gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü işlər xüsusi qeyd olunub.
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədrinin Azərbaycan cəmiyyətinin inkişafına, ailə dəyərlərinin qorunmasına, milli-mənəvi irsin yaşadılmasına yönəlmiş fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirdiyi vurğulanıb.
Zərifə Quliyevanın, həmçinin Türk dünyası dövlətləri və xalqları arasında əlaqələrin daha da gücləndirilməsinə töhfə verməyin qarşıdakı fəaliyyətinin əsas istiqamətlərindən biri olduğu qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [13:35]
Qırğızıstan Azərbaycanın “Elektron məhkəmə” sahəsindəki təcrübəsini öyrənir
- 20.08.2026 [12:56]
Neftçalada “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub
- 20.08.2026 [12:28]
Azərbaycanın Müyəssərlik Xəritəsi yaradılıb
- 20.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 20.08.2026 [11:45]
Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya təşkil olunub
- 20.08.2026 [11:10]