Qazaxıstanda peyklər vasitəsilə 2,6 mindən çox icazəsiz tullantı poliqonu aşkarlanıb
Astana, 20 avqust, AZƏRTAC
Qazaxıstanda 2026-cı ildə kosmik monitorinq vasitəsilə 2642 icazəsiz tullantı poliqonu aşkar edilib.
AZƏRTAC Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, bu günədək aşkarlanmış tullantı poliqonlarının 2035-i, yəni ümumi sayın 77 faizi ləğv edilib.
Monitorinq zamanı Yer səthinin məsafədən zondlanması məlumatlarından istifadə olunur. “Qazaxıstan Kosmik Yolları” Milli Şirkəti ASC ölkə ərazisinin kosmik çəkilişini həyata keçirir, bundan sonra görüntülər emal olunur və tullantıların icazəsiz yerləşdirildiyi ehtimal olunan ərazilərin koordinatları müəyyən edilir.
Aşkarlanmış ərazilərlə bağlı məlumat tədbirlər görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilir. Ekologiya departamentləri müəyyən edilmiş ərazilərdə görülən işlərə nəzarət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]