Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çoxmədəniyyətliliyi təmsil edən nəhəng körpü - İmadəddin Nəsimi yaradıcılığı

Bakı, 20 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” sərəncamları alimlərimizin şairin həyat və yaradıcılığına dair tədqiqatlar aparması ilə yanaşı, onlara dahi söz ustadının irsini ölkə hüdudlarından kənarda araşdırmaları üçün də stimul yaradır. Bununla bağlı “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin təsisçisi və sədri, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-“Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin “Nəsimi ili” fəaliyyəti haqqında nə deyə bilərsiniz?

-Əvvəla qeyd edim ki, “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyi 2005-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. O vaxtdan Suriya Ərəb Respublikasında məlum müharibə başlayana qədər ictimai birliyin təsisçisi və sədri kimi kifayət qədər səmərəli fəaliyyət göstərmişəm. Suriyanın əsas iki şəhərində - Dəməşq və Hələbdə xalq diplomatiyası məzmununda fəaliyyətim olub. İctimai birliyin 2006-cı ildə qeydiyyatdan keçmiş və 2013-cü ilədək nəşr olunmuş rəsmi mətbu orqanı “Məndə sığar iki cahan” (sonra “Cahan+” adı ilə çap olunub) bu fəaliyyətin ən işıqlı aynası hesab oluna bilər.

Təşkilatımız “Nəsimi ili” çərçivəsində bir sıra mühüm işlər görür. Belə ki, mən Hələb şəhərində ərəbdilli mediada həm “Nəsimi ili”, həm də şairin həyatı, yaradıcılığı və faciəvi sonu ilə bağlı çoxsaylı məqalələri, tədqiqatları nəzərdən keçirdim və bu yazılar haqqında “Respublika” qəzetində “Nəsimi ili çağdaş ərəb tədqiqatlarında” sərlövhəli geniş məqaləm (avqustun 10-da və 18-də) dərc olunub. Məqalədə “Nəsiminin türbəsi əcnəbilər və yoxsullar üçün bir sığınacaqdır”, “İyirminci əsrin əvvəlləri Hələb Qalası kəsişməsində Nəsiminin məzarı”, “Əli Emad Eddin Əl Nəsimi”, “İmadəddin El-Nəsimi. Şair və üç mədəniyyət”, “Hələbdə bir şair ... yaşayır!”, “Şairlərin şeirlərindən seçmələr: İmad əl Din əl - Nəsimi (1369-1418)”, “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi ili”, “Nəsimi əl Bağdadi - ilahi sevginin şəhidi”, “Nəsimi kimdir? (İmadəddin Seyyid Nəsimi) şeirləri və əsərləri...”, “Şeir sənətinin emosionallıq və ruhi həyəcan təcrübəsinin sirri ilə Nəsimi şeirlərindəki unikallıq arasında harmoniya. Şair Nəsimi insan və sehrindən heyrətləndi”, habelə Əbdülfəttah Rəvvas Qələçinin “Şair İmadəddin Nəsimi” kitabı haqqında ərəb alimi Feysal Kratçın “Şeir sənətinin emosionallıq və ruhi həyəcan təcrübəsinin sirri ilə Nəsimi şeirlərindəki unikallıq arasında harmoniya. Şair Nəsimi insan və sehrindən heyrətləndi” kimi tədqiqatlar, təhlillər şərh olundu ki, bununla İmadəddin Nəsiminin ərəb dünyasının yaddaşında bu gün də yaşadığı aydın şəkildə təsdiqlənir.

Bundan başqa, “Ədəbiyyat” qəzetində “Suriya alimi Əbdülfəttah Rəvvas Qələçi və İmadəddin Nəsimi irsi”( 2019-cu il, 24 avqust) və “525-ci qəzet”də “İmadəddin Nəsimi məqamının bu günü” (2019-cu il, 11 sentyabr) sərlövhəli məqalələrim dərc olunub.

-İmadəddin Nəsiminin Suriyada bu gün ərəb dünyasının əsaslandığı nəsimişünas alimin olub-olmaması barədə nə deyərdiniz?

-Suriyada, əsasən də Hələb şəhərində İmadəddin Nəsimi irsi ilə ciddi tanış olan, şairin həyatını, poeziyasını, fəlsəfi görüşlərində dərindən tədqiq etmiş və uzun illər Dəməşq Sənət Universitetində Nəsimi haqqında mühazirə söyləmiş, 1991-ci ildə “Hələbin yaqutu - İmadəddin Nəsimi - həyatı, poeziyası, fəlsəfi görüşləri” (Ərəb Yazıçılar Birliyi) monoqrafiyası çap olunmuş Əbdülfəttah Rəvvas Qələçi bütün çağdaş ərəb elmi fikrində İmadəddin Nəsimi tədqiqatçısı kimi məşhurdur. 1938-ci ildə Hələbdə doğulub. Ərəb Yazıçılar Birliyinin üzvü, Suriyanın tanınmış alim və yazıçılarındandır. Onun “İslam estetikasına giriş”, “Hələb: dünən və bu gün”, “Sirli teatr”, “Canlı operetta” elmi əsərləri, həmçinin “Quşların uçuşu” romanı, “Dəlilik fantaziyası” “Ayaqqabı təmirçisi”, “Turist və qatar”, “Gözəl ana” və çox sayda pyesləri, 50-dən çox əsəri sırasında Azərbaycan mühacir mütəfəkkirləri haqqında “Hələbin yaqutu İmadəddin Nəsimi: həyatı, poeziyası, fəlsəfi görüşləri”, “Rumiyə gedən yol” (pyeslər), “Əl- Sührəvərdi - hikmət sahibi” kitabları xüsusilə seçilir.

-Bu alim və onun əsərləri Azərbaycanda nə dərəcədə tanınır? Bizim kitabxanalarda onun əsərləri varmı?

-Əbdülfəttah Rəvvas Qələçi və onun “Hələbin yaqutu - İmadəddin Nəsimi - həyatı, poeziyası, fəlsəfi görüşləri” kitabı haqqında Azərbaycan elmi ictimaiyyətinə ilk dəfə akademik Bəkir Nəbiyev məhz “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin mətbu orqanı “Cahan+” qəzetində dərc olunmuş “Nəsimi kəlamının işığında” (2009-cu il, 11 dekabr) məqaləsində məlumat verib. Akademik Bəkir Nəbiyev 2009-cu ildə həmin məqaləni bir qədər genişləndirməklə kitab çap etdirib ki, orada da Qələçidən bəhs olunur. Əslində alimin soyadı Qalajidir. Azərbaycanda onu Qələçi kimi akademik Bəkir Nəbiyev təqdim etdiyi üçün mən də belə davam edirəm.

“Hələbin yaqutu - İmadəddin Nəsimi - həyatı, poeziyası, fəlsəfi görüşləri” monoqrafiyasının və eləcə də “Rumiyə gedən yol” pyesinin Azərbaycanda olub-olmaması sualına cavab olaraq bildirmək istərdim ki, Nəsiminin bir tədqiqatçısı mənə monoqrafiyanın (2008-ci ildən) yalnız onda olduğunu yazıb. Ancaq dəqiq bilirəm ki, əsər kitabxanalara təqdim olunmayıb. Pyes isə bu günə kimi heç kimdə yoxdur.

-Əbdülfəttah Rəvvas Qələçi həyatdadırmı, sizin cəmiyyətlə əlaqəsi vardırmı?

-Mən Suriyada 2010-cu ilin noyabr ayında olmuşam. O zaman Bəkir Nəbiyevin haqqında məlumat verdiyi alim barədə çox soruşdum, kitabla maraqlandım, amma axtarışlarım nəticəsiz oldu. Bu il çağdaş ərəb tədqiqatlarında Nəsimi irsini araşdırarkən alimin həyatda olduğunu, Nəsimi haqqında “Rumiyə gedən yol” adlı bir pyes də yazdığını öyrəndim.

İnternetdə ciddi axtarış etdim. Müxtəlif ərəb alimlərinə, Hələbdə yerləşən arxiv və digər rəsmi qurumlara məktub yazdım. Qələçinin özünə dəfələrlə mesaj göndərdim. Məqalələrim dərc olunduqca “Facebook”da onun səhifəsində paylaşmalar edirdim. Məqalələri messengerlə ona göndərirdim. Neçə aylardan sonra - bu yaxınlarda yazıçı Əbdülfəttah Rəvvas Qələçi mənimlə əlaqə yaratdı. Yazışdıq. Mənə Nəsimi haqqında iki kitabını göndərəcəyinə söz verdi. Hələbdə yaşayan həmvətənimiz Rəşidə Adil qızı Bünyadzadə mənim xahişimlə onunla görüşdü və artıq kitablar bizdədir. O, bu əsərlərin Azərbaycan oxucusuna tezliklə çatdırılması arzusundadır. Hazırda 81 yaşlı qocaman alim və yazıçının Azərbaycan üçün verdiyi müsahibə zamanı çəkilmiş şəxsi fotosunu, hər iki kitabın üz qabığını təqdim edirəm.

Əbdülfəttah Qələçinin “Hələbin yaqutu - İmadəddin Nəsimi - həyatı, poeziyası, fəlsəfi görüşləri” monoqrafiyası haqqında ərəb alimi Feysal Kratçın “Şeir sənətinin emosionallıq və ruhi həyəcan təcrübəsinin sirri ilə Nəsimi şeirlərindəki unikallıq arasındakı harmoniya. Şair Nasimi insan və sehrindən heyrətləndi”, Hələbin baş inşaat mühəndisi, memar Əbdülrəhman əl-Jəssərin “Təsəvvüf şairi İmad əl Din əl Nəsimi” məqalələrində geniş bəhs olunur.

-Siz AMEA-nın Fəlsəfə İnstitutunda Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdirisiniz. İmadəddin Nəsimi irsini multikulturalizm - çoxmədəniyyətlilik kontekstində araşdırmaq nəzərdə tutulurmu?

-Əlbəttə, düşünürəm. Çoxmədəniyyətlilik və dialoq mədəniyyəti İmadəddin Nəsimi irsində tədqiqat üçün geniş üfüqlər açır və bu mövzuda elmi əsər humanitar və ictimai elmlər kitabxanasına gözəl bir töhfə olar. XIV əsr Azərbaycan şeirinin dahi nümayəndəsi İmadəddin Nəsimi haqqında istər tarixi, istər müasir dövr tədqiqatlarında Azərbaycanda, İranda, İraqda, Türkmənistanda doğulduğu yazılır. Halbuki Nəsimi Azərbaycanda doğulub, adıçəkilən ölkələrdə müxtəlif illərdə yaşayıb. Şairin son vətəni isə sözsüz ki, Hələb şəhəridir. Bu bioqrafik dəlillər, həmçinin əsərlərini bir neçə dildə yazması onun bütün bəşəriyyətin şairi olduğunu təsdiq edir. Bu baxımdan İmadəddin Nəsiminin zəngin, ilahi məzmunda olan irsi və həyatı həm mədəniyyətlərarası dialoq üçün sanballı bünövrədir, həm də bütün zamanlarda müxtəlif millətlərdən olan tədqiqatçılar nəsli ilə çoxmədəniyyətliliyi təmsil edən nəhəng körpü kimi əvəzsizdir.

Sonda qeyd etmək istəyirəm ki, hazırda qarşımda dayanan ən mühüm işlər sırasında “Nəsimi və “Nəsimi ili” çağdaş ərəb tədqiqatlarında” adlı elmi monoqrafiyanı, Əbdülfəttah Rəvvas Qələçinin “Hələbin yaqutu - İmadəddin Nəsimi - həyatı, poeziyası, fəlsəfi görüşləri”, “Rumiyə gedən yol” (pyeslər) kitablarını, ərəbdilli mətbuatdan üzə çıxardığım iyirmiyə qədər məqaləni tərcümə etdirib (“İmadəddin El-Nəsimi. Şair və üç mədəniyyət” adı ilə) çap etdirməkdir.

-Məzmunlu müsahibəyə görə təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib