CƏMİYYƏT
Cinayətkarlar məsuliyyətdən yaxa qurtara bilməmişlər
Bakı, 12 aprel (AZƏRTAC). Aprelin 10-da Şəki şəhəri ərazisində naməlum şəxs Oğuz sakini Şəmistan Alcanova qarşı zor tətbiq edərək mobil telefonunu ondan almışdır.
Hadisəni törətmiş Şəki sakini Sərxan Abdurrəhmanov şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Aprelin 10-da Ramin İsmayılovu bıçaqla hədələyərək mobil telefonunu ondan almış paytaxt sakini Mahir Hümbətov Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]