ELM VƏ TƏHSİL
Coğrafiya fənni üzrə test tapşırıqları təhlil edilir
Bakı, 31 oktyabr, AZƏRTAC
Coğrafiya fənni üzrə seminarda 2015-ci ildə ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki baxımdan müzakirəsi aparılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələri müəllimlərinin, metodistlərin iştirak etdikləri seminarda test tapşırıqları (A variantı, 62-65 saylı, B variantı, 59, 65, 67, 71 saylı) imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil olunub.
Çıxış edən müəllim və mütəxəssislər fikirlərini diqqətə çatdırıb, təkliflər verilib.
Seminar “Dərslik portalı”nda canlı yayımlanıb.
Noyabrın 6-da test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.