Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Davamlı inkişaf və ekoloji sivilizasiyanın əsasları”

Bakı, 8 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun yeni çapdan çıxmış dərsliyi belə adlanır: “Davamlı inkişaf və ekoloji sivilizasiyanın əsasları”. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə yeni dərsliyin əhəmiyyəti və elmi məziyyətləri barədə geniş məqalə yazmışdır. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan Respublikası sürətlə inkişaf etməkdədir. Ölkənin qısa zaman kəsiyində iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətləri, ümumbəşəri humanitar problemlərin, XXI əsrin çağırışlarının həllinə yönəldilmiş dünya əhəmiyyətli təşəbbüsləri, gündən-günə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirmişdir. Bu fakt bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda öz təsdiqini tapmışdır. Əldə edilmiş nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş innovativ inkişaf strategiyası durur. Bu strategiyanın reallaşdırılmasında dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, xüsusilə Heydər Əliyev Fondu, onun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rolu xüsusi qeyd edilməlidir.

Azərbaycanda qazanılmış nailiyyətlər iqtisadi və sosial sahələrdə kəmiyyət göstəricilərinin artması ilə məhdudlaşmır. Ölkədə həyata keçirilən siyasət, eyni zamanda, keyfiyyət göstəricilərinin yüksəlməsi ilə səciyyələnir. Bu, ondan irəli gəlir ki, biliyə, insan potensialına əsaslanan inkişaf ölkənin əsas prioriteti kimi müəyyənləşdirilmişdir və innovativ cəmiyyətin qurulmasına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyevin “qara qızıl”ın insan potensialına çevrilməsinə yönəldilmiş siyasəti, bu istiqamətdə əldə edilmiş və gələcəkdə əldə ediləsi nailiyyətlər bilavasitə insan potensialının, onun bilik və bacarığının əsasını təşkil edən elm və təhsildən keçir. Ölkədə bu istiqamətlərə xüsusi önəm verilməsi, elmi təşkilatların gücləndirilməsi, yeni təhsil müəssisələrin yaradılması, mövcud ali və orta məktəblərin binalarının yenidən qurulması, bütün tədris ocaqlarının ən müasir avadanlıqla təchiz edilməsi həmin siyasətin vacib təzahürlərindəndir. Elm və təhsilin bazasının gücləndirilməsinə, eyni zamanda, yeni tədris proqramlarının, müasir dərslik və dərs vəsaitlərinin yaradılması da aid edilə bilər. Bütün bu addımlar insan potensialının inkişafına və güclənməsinə yönəldilmiş siyasətin tərkib hissələridir.

Müasir dövrdə ölkədə müxtəlif istiqamətlərdə əldə edilmiş yüksək nəticələr və onun əsasında duran insan potensialının inkişafına yönəldilmiş siyasət ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən idi. Bu istiqamətdə həyata keçirilən siyasət çox zaman dünyada gedən prosesləri qabaqlayırdı. Məsələn, Ulu Öndər tərəfindən təsdiq edilmiş təhsil strategiyasına görə, Azərbaycan Respublikasında davamlı insan inkişafı fənninin orta ümumtəhsil məktəblərinin proqramlarına daxil edilməsi prosesinə 2001-ci ildə başlanmış və bu, Təhsil Nazirliyinin 2001-ci il 14 sentyabr tarixli 964 nömrəli əmrində öz əksini tapmışdır. 2003-cü ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 175 və 688 nömrəli əmrləri əsasında orta məktəblər üçün davamlı insan inkişafına dair dünyada ilk tədris proqramı və dərs vəsaiti dərc edilmişdir. Bu sahədə Azərbaycanın birinciliyi barədə məlumat BMT-nin Nyu-Yorkda yerləşən Baş Qərargahı tərəfindən dünyaya “innovativ ideya və fəaliyyət” kimi yayılmışdır. Qlobal miqyasda isə bu prosesə 4 il sonra - 2005-ci il martın 1-də BMT-nin baş katibi Kofi Annan və UNESCO-nun baş direktoru Koişiro Matsuura arasında imzalanan sənədlə təkan verilmişdir. Bu sənədlə 2005–2014-cü illər dünya üzrə davamlı inkişaf sahəsində tədris onilliyi elan edilmişdir.

Bu məlumatlar akademik Urxan Ələkbərovun müəllifi olduğu “Davamlı inkişaf və ekoloji sivilizasiyanın əsasları” dərsliyində geniş təqdim edilmişdir. Dərslikdə ölkədə yaranmış digər innovativ ideya və fəaliyyətlər haqqında biliklərin tədris prosesinə daxil edilməsi gənc nəslin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Həmçinin “Davamlı inkişaf və ekoloji sivilizasiyanın əsasları” dərsliyi bu sahədə hələ ki, nadir əsərdir. Belə ki, hazırda ekoloji sivilizasiyaya aid dünyada digər dərsliyin olması barədə məlumat mövcud deyildir. Bu istiqamətdə biliklərin tədris prosesinə daxil edilməsi, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il oktyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın məntiqinə tam uyğundur.

Bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycanda gerçəkləşdirilən və prioritet kimi müəyyənləşdirilən siyasi kurs əslində innovativ və yüksək rəqabətli qabaqlayıcı iqtisadi inkişaf strategiyasına əsaslanır. Ölkədə reallaşdırılan dövlət proqramları, müxtəlif layihələr, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası Azərbaycan iqtidarının sosial prioritetləri əsas tutan olduqca uğurlu innovativ inkişaf strategiyası seçməsindən xəbər verir.

Məlumdur ki, qəbul edilmiş beynəlxalq standartlara görə innovativ tərəqqinin əsas və həlledici amili olan insan potensialının inkişaf səviyyəsini qiymətləndirmək, insan inkişafı əmsalını hesablamaq üçün üç əsas meyar nəzərə alınır: sağlamlıq, təhsil və adambaşına düşən ümumi daxili məhsul (ÜDM). Təqdim edilmiş dərslikdə bu istiqamətdə ölkəmizdə həyata keçirilən uğurlu siyasət haqqında dəqiq bilgilər – sağlamlıq üçün vacib olan müasir idman və səhiyyə ocaqlarının paytaxt və əyalətlərdə yaradılması, milli tədris şəbəkəsinin köklü surətdə modernləşdirilməsi, ÜDM-in sürətlə artması, bu proseslərin idarə edilməsi zamanı istifadə olunmuş innovativ idarəetmə texnologiyaları barədə biliklər öz əksini tapmışdır. Dərslikdə göstərilmişdir ki, bu ardıcıl siyasətin həyata keçirilməsi nəticəsində BMT-nin rəsmi hesabatlarında Azərbaycan hazırda insan potensialının inkişafı sahəsində yüksək nəticələr əldə etmiş ölkələr qrupuna aid edilir. 2010-cu ilə qədər Azərbaycan insan inkişafı sahəsində orta nəticələr əldə etmiş ölkələr qrupuna daxil idi.

Ölkəmizdə davamlı inkişafa yönəldilmiş dövlət siyasətinin uğurları bir çox beynəlxalq təşkilatlar tərəfindən xüsusi qeyd edilməkdədir. Məlum olduğu kimi, ölkədə ÜDM sürətlə artır. Çox önəmlidir ki, bu kəmiyyət artımı keyfiyyət artımı ilə müşayiət olunur. Dərslikdə bu istiqamətdə tətbiq edilən idarəetmə texnologiyalarına, davamlı inkişafın planlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilmişdir. Məsələn, göstərilir ki, son on ildə ÜDM-in hər bir vahidinin istehsalı üçün enerji sərfiyyatı sürətlə azalmışdır. Bu isə davamlı inkişaf və yaşıl iqtisadiyyatın ən önəmli göstəricilərindən sayılan bərpa olunan və bərpa olunmayan ehtiyatların səmərəli istifadəsindən xəbər verir. Eyni zamanda, milli səviyyədə həyata keçirilən bu uğurlu fəaliyyət dünya üçün prioritet təşkil edən iqlim dəyişmələrinin qarşısının alınması baxımından da olduqca əhəmiyyətlidir. Dərslikdə göstərilir ki, BMT tərəfindən təklif edilmiş və bütün dünyada qəbul olunmuş davamlı inkişaf və iqtisadiyyatın şaxələndirilməsi səviyyəsini əks etdirən göstəricilər mövcuddur. Bu göstəricilərdən biri və ən əhəmiyyətlisi enerjinin hər bir vahidinin istifadəsi nəticəsində sənaye, kənd təsərrüfatı və xidmət sahələrində istehsal olunan məhsulun dəyəridir. Beynəlxalq müqayisələrin keçirilməsini təmin etmək, qabaqcıl təcrübənin yayılmasına dəstək vermək məqsədilə aparılan təhlillərdə enerji vahidi kimi bir kiloqram neftdə olan enerjinin ekvivalenti götürülür, istehsal olunan məhsul və yaxud xidmətin qiyməti isə ABŞ dolları ilə dəyərləndirilir.

Akademik U.Ələkbərovun hazırladığı dərslikdə Azərbaycan üçün bu göstəricilər beynəlxalq təşkilatlar tərəfindən hesablanmış məlumatlar əsasında verilmişdir. Bu təşkilatların 2013-cü ilin sonunda yaydığı məlumatlara və dərc edilmiş rəsmi hesabatlara əsasən, ölkədə miqdarca hər bir kiloqram neftdəki enerjinin istifadəsi nəticəsində 2011-ci ildə dəyəri 7,22 ABŞ dolları olan məhsul istehsal edilmiş və yaxud xidmət göstərilmişdir. Dərslikdən aydın olur ki, Dünya Bankı tərəfindən aparılmış təhlillərə və onların əsasında dərc edilmiş rəsmi hesabatlara görə Azərbaycanda bu rəqəm əksər neft və qaz ixrac edən ölkələrin göstəricilərindən daha yüksəkdir. Bu, həm bizim yaxın qonşu ölkələrə, həm də digər qitələrdə yerləşən ölkələrə aiddir. Sözügedən göstəriciyə görə ölkəmiz bu qrup ölkələr sırasında yalnız Norveçdən geri qalır, yəni dünyada ikinci yerə yüksəlmişdir. Birinci yerdə olan Norveçdə hər bir kiloqram neftdə olan enerji miqdarının istifadəsi nəticəsində istehsal olunmuş məhsul və xidmətlərin dəyəri 10 ABŞ dolları təşkil edir. Lakin Azərbaycan Respublikasında bu davamlı inkişaf göstəricisinin artım dinamikası Norveçdən daha sürətlidir. Tələbələrin və oxucuların diqqətinə çatdırılır ki, həmin beynəlxalq təşkilatların 2003-cü ilin nəticələrinə görə hazırlanmış və dərc edilmiş hesabatlarında Azərbaycanda bu rəqəm yalnız 2,1, 2005-ci ildə isə 2,7 ABŞ dolları təşkil edirdi.

Bu məlumatlar bir daha vurğulamağa əsas verir ki, ölkə davamlı inkişaf və ekoloji sivilizasiya, onun vacib elementi olan yaşıl iqtisadiyyatın formalaşması istiqamətində inamla irəliləməkdədir. Akademik U.Ələkbərovun kitabında Azərbaycanda enerjinin istifadəsinin səmərəliliyinin 2003-cü il ilə müqayisədə 2011-ci ildə 3,1 dəfədən çox artması barədə beynəlxalq təşkilatların hazırladığı məlumatlar da işıqlandırılmış və bu nailiyyəti əldə etmək üçün ölkədə reallaşdırılan innovativ idarəetmə strategiyası, onun həyata keçirilməsi texnologiyaları barəsində biliklər əksini tapmışdır. O da qeyd edilməlidir ki, 8 il müddətində enerji istifadəsinin səmərəliliyinin 300 faizdən çox artması özlüyündə nadir bir hadisədir və müqayisə edilən ölkələrin heç birində müşahidə olunmamışdır.

Davamlı insan inkişafını əngəlləyən amillərdən biri yoxsulluqdur. Yoxsulluqla mübarizə XXI əsrin əvvəlində Dünya Sammitində qəbul olunmuş «Minilliyin çağırışları» sənədində ən əsas məqsədlər arasında yer almışdır. Yoxsulluq problemi qlobal miqyasda bu gün də aktualdır. BMT tərəfindən hazırlanan dünya üçün 2015-ci ildən sonrakı dövrün çağırışları adlı sənədin layihəsində də yoxsulluqla mübarizə qırmızı xətlə keçən məsələlər sırasındadır. «Davamlı inkişaf və ekoloji sivilizasiyanın əsasları» kitabında Azərbaycanda yoxsulluqla mübarizə sahəsində əldə edilmiş uğurlar da öz əksini tapmışdır. Olduqca qısa müddətdə ölkədə yoxsulluq 49 faizdən 5 faizə enmişdir. Kitabda, eyni zamanda, göstərilir ki, ölkədə ümumiyyətlə yoxsulluq anlayışı dəyişmiş və bu, öz əksini yoxsulluq həddinin müəyyənləşməsində tapmışdır. Qeyd olunan fakt isə özlüyündə ölkədə həyata keçirilən siyasətin sosialyönümlü olmasından xəbər verir.

Kitabda ölkədə sosialyönümlü siyasətin həyata keçirilməsinə dair digər innovativ planlaşdırma və idarəetmə texnologiyası da təhlil edilmişdir. Bu təhlil Prezident İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlıdır. Dərslikdə qeyd edilir ki, XXI əsrin əvvəllərində Prezident İlham Əliyevin təşəbbüsü ilə məhz Azərbaycanda insan inkişafı və davamlı gəlir əldə olunması üçün dünyada yaşayış yerinə, onun əhalisinə məxsus olan ilk sosial müəssisələr yaradılmışdır. Hələ o zaman insan inkişafına əsaslanan bu təşəbbüs və qeyri-ənənəvi qərarlar dünya ictimaiyyəti tərəfindən yüksək qiymət almışdır. BMT 2005-ci ildə həmin təşəbbüsü “innovativ ideya və fəaliyyət” kimi bütün dünyaya tanıtmışdır. Belə təşəbbüslərin innovativ, sosial məsuliyyətli idarəetmədə rolu dərslikdə xüsusi qeyd edilmişdir.

Ekoloji sivilizasiya konsepsiyasının yaranması və inkişafı da Azərbaycan elm və təhsili ilə əlaqədardır. Konsepsiya Azərbaycan Milli Elmlər Akademiyasında XX əsrin 90-cı illərində formalaşmışdır. Ekoloji sivilizasiya anlayışı da dünyada ilk dəfə ümumtəhsil orta məktəblərin dərsliklərinə 2007-ci ildə məhz Azərbaycanda daxil edilmişdir. 2013-cü ildə III Bakı Beynəlxalq Humanitar Forumunun proqramı çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA Beynəlxalq İctimai Birliyinin prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi masa” keçirilmişdir. İlk dəfə təşkil edilmiş həmin “dəyirmi masa”nın iştirakçıları arasında görkəmli alimlər, dövlət xadimləri, Nobel mükafatı laureatlarının olması qeyd edilən mövzunun böyük əhəmiyyət daşıması və maraq kəsb etməsinin göstəricisidir. Azərbaycanda bu mövzuda dərsliyin hazırlanması forum iştirakçıları tərəfindən də olduqca yüksək qiymətləndirilmiş və bu əsərin tələbələrlə yanaşı, planlaşdırma və idarəetmə sahəsində çalışanlar üçün əhəmiyyətli olduğu qeyd edilmişdir.

Bütövlükdə sadalananların məntiqi yekunu olaraq qeyd etmək lazımdır ki, davamlı inkişaf, insan potensialının inkişafı məsələləri, ekoloji sivilizasiyaya keçid yalnız inkişafın planlaşdırılması və idarə edilməsi sahəsində çalışanların deyil, bütün sahələr üzrə mütəxəssislərin maraq dairəsində olmalıdır. Bu baxımdan davamlı inkişafla bağlı həm orta məktəblərdə, həm də ali təhsil ocaqlarında bütün ixtisaslar üçün yeni tədris proqramları, metodik vəsaitlər, dərsliklər işlənməli, bu sahədə əhalinin, xüsusilə gələcək kadrların biliklərinin artırılması üçün kompleks tədbirlər həyata keçirilməlidir. Akademik U.Ələkbərovun “Davamlı inkişaf və ekoloji sivilizasiyanın əsasları” dərsliyini bu sahədə ilk və mühüm addım kimi dəyərləndirmək olar.

Akif Əlizadə

Azərbaycan Milli Elmlər Akademiyasının

prezidenti, akademik 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Arda Gülər "Real Madrid"in tarixinə düşüb

Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub

Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır

Avropa çempionatı: Son gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlər aşkarlanaraq götürülüb

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Aprelin 26-da 4 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Cevdet Yılmaz: Türkiyə beynəlxalq energetika bazarının mərkəzinə çevrilmək istəyir

FIFA prezidenti “Qarabağ”ı təbrik edib

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: XXXII tura bir oyunla start veriləcək

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ötən gün 82 cinayətin açılması təmin olunub

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilir

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Zərifə xanım Əliyeva ömrünü oftalmologiya elminin tərəqqisinə həsr etmiş və bu sahəyə böyük töhfələr vermişdir

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb