SİYASƏT
DAXİLİ İŞLƏR NAZİRLİYİNİN ŞƏXSİ HEYƏTİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Polisinin yaranmasının 90 illiyi və Polis işçilərinin peşə bayramı münasibətilə iyulun 1-də Daxili İşlər Nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gedərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər güllər düzülmüşdür.
Sonra DİN-in şəxsi heyəti Şəhidlər xiyabanına gələrək, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş mərd mübarizlərin xatirəsini ehtiramla anmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.
######
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:54]
Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar
- 03.05.2024 [17:40]
Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub
- 03.05.2024 [16:38]