CƏMİYYƏT
Daxili işlər orqanları tərəfindən qeydə alınan 58 cinayət faktından 20-nin üstü “isti izlər”lə açılıb
Bakı, 28 avqust (AZƏRTAC). Avqustun 27-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 58 cinayət faktından 20-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınan 7 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 27 nəfər tutulub.