Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Daxili Qoşunların Ali Hərbi Məktəbinə 2018/2019-cu tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

Daxili Qoşunların Ali Hərbi Məktəbinə 2018/2019-cu tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə 2018/2019-cu tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb.

Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qoşunların Ali Hərbi Məktəbinə qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 santimetr, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.

Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – 6 dəfə, qaçış – 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə, qolların üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi – 18 dəfə, gövdənin döşəmədən qaldırılıb-endirilməsi – 18 dəfə).

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına göndərilir.

İmtahanlar test üsulu ilə IV ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir. Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə Komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

Məktəbi müvəffəqiyyətlə bitirmiş məzunlara müvafiq hərbi iхtisаslаrlа bərabər “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası və “Leytenant” hərbi rütbəsi verilərək, onlar Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2018-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul edilmir.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul üçün namizədlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər: şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti), təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında arayış və ya tam orta təhsil haqqında sənəd (attestatın əsli və notarial qaydada təsdiq olunmuş surəti), yaşayış yeri üzrə tibb müəssisəsindən sağlamlıq haqqında arayış, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti), oxuduğu təhsil müəssisəsi tərəfindən verilmiş xasiyyətnamə, 9 x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

Məktəbə namizədlərin ərizə və sənədlərinin qəbulu 2018-ci il martın 1-dən aprelin 10-dək (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcəkdir.

Məlumat üçün əlaqə telefonları: (012)-590-65-07, (012)-560-27-00.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə Ermənistanda yaradılan 40 mindən çox qanunsuz onlayn kazino və bukmeker kontoru bloklanıb

Almaniyada “Freche Freunde” körpə qidasi satışdan çıxarılıb

Ankarada Azərbaycan mədəniyyətinin Türkiyədə təbliğinin aktivləşdirilməsi yolları müzakirə edilib

İndoneziyada Ruanq vulkanının püskürməsi nəticəsində 12 min sakin təxliyə edilib

Los-Anceles yaxınlığında zəlzələ baş verib

Azərbaycan Mərakeşdə Beynəlxalq Poeziya Festivalında təmsil olunub

Pianoçu Olqa Domnina: Avropada Azərbaycan musiqisini daha fəal şəkildə təbliğ etmək lazımdır

Azərbaycanla Avstraliya İttifaqının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib

Araşdırma - İnsan genlərini tənzimləyən süni intellekt vasitəsi hazırlanıb

Britaniya polisi Ruandaya deportasiya ediləcək ilk şəxslərin evlərinə basqın edib

Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlər mövcuddur

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Türkiyə Ali Məşvərət Şurasının iclası keçirilib

Azərbaycanla İran arasında mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub

Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Azərbaycan Basketbol Liqası: "Xəzri" pley-offa böyük hesablı qələbə ilə start verib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb

Səlahiyyətli nümayəndə Naxçıvanda voleybol idman sahəsi üzrə görülmüş işlərlə maraqlanıb

“Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda müzakirələr aparılıb

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki fikirləri Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Bakı Forumu: Qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi

“Xalqımızın hürriyyəti yolunda Azərbaycan Cümhuriyyəti” - Tarix Muzeyində açıq dərs

“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb

NAFSA-nın prezidenti: Azərbaycan hökumətinin müxtəlif mədəniyyətləri bir araya gətirməsi möhtəşəm bir haldır

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşü təşkil olunub

Dövlət Komitəsinin sədri ilə ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti arasında görüş keçirilib

DQİDK sədri Rusiyanın baş ravvini ilə görüşüb

KOICA-nın Azərbaycanda kəhriz su sistemlərinin bərpası ilə bağlı layihəsi yekunlaşıb

İraq parlamentinin spikeri Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb

Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Malayziya Senatının sədri: COP29-un Bakıda keçirilməsi Azərbaycana göstərilən etimadın təzahürüdür

Bu ilin I rübü üzrə ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının statistikası açıqlanıb

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Azərbaycan-Belarus münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib

Migel Anxel Moratinos: Azərbaycan Prezidenti Forumda çıxışında bizə mühüm mesajlar verdi və istiqamət göstərdi

Naxçıvanda Gender bərabərliyi və qadın problemləri üzrə mərkəz yaradılıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Beynəlxalq təşkilatların III Zirvə görüşü keçirilib

Ukrayna Ali Radasının sədr müavini Azərbaycan dövlətinə və xalqına minnətdarlıq edib

Naxçıvandan Türk dünyasına uzanan şərəfli yol

İstanbulda baş verən insident nəticəsində 28 polis əməkdaşı yaralanıb, 210 nəfər saxlanılıb

İranlı nazir: Sülh içində yaşamağa nail olmaq üçün mədəniyyətlərarası layihələrə ehtiyac var

Avstraliyalı deputatlara Azərbaycan-Ermənistan danışıqları barədə məlumat verilib

Pedaqoji Universitetdə “Peşəkar ol! – Necə?” layihəsinə başlanılıb

Beynəlxalq ekspert: Bərpaolunan enerjiyə keçid Azərbaycan və Qırğızıstan üçün mühüm imkanlar yaradır - MÜSAHİBƏ

Azərbaycan və Moldova parlamentləri arasında əlaqələr uğurla inkişaf edir

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı Forumunda mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi diqqət mərkəzində olub

TÜRKSOY-un Baş katibi: Mədəni gücü ətraf mühitin mühafizəsində maarifləndirmə üçün katalizator kimi istifadə etməyə çalışırıq

Azərbaycanın kişi voleybol yığması Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb

“Aztelekom” “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında iştirak edəcək

Universitetin tələbələri karyera planlaması barədə məlumatlandırılıblar

AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX respublika elmi-texniki konfransı keçirilir

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında 4 məsələ müzakirə olunub

XTQ-nin veteranları ilə görüş keçirilib

AFFA-nın vitse-prezidenti: “Avro-2024”də Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışacağam

BDU-da seminar: Müsahibə texnikaları

Baş nazir Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan çempionatının qalibi olmuş "Azərreyl" klubunun üzvləri ilə görüş keçirilib

İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər

Azərbaycan güləşçiləri son lisenziya turnirinə Bakıda hazırlaşırlar

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda yüksək səviyyədə təmsil olunub

Bakı Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda panel sessiya keçirilib VİDEO

Mixail Şvıdkoy Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

“Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - elmi seminar

Aşqarlar Kimyası İnstitutunda ekoloji maarifləndirmə seminarı keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

AQTİ işə qəbul elan edir

Daxili işlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub

Tal Katran: Şuşanı təbiət möcüzəsi adlandırmaq olar

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb

Allahşükür Paşazadə: Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir

İmişlidə baş verən yol qəzasında yaralıların sayı 5-ə çatıb YENİLƏNİB VİDEO

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Anatoli Markeviç: Belarusla Azərbaycan arasında mədəniyyət körpüsü yaratmışıq VİDEO

Məhəmməd Əl-Qasimi: İnanıram ki, Bakıda keçiriləcək COP29 qlobal iqlim problemlərinin həllinə töhfəsini verəcək

TDT üzv ölkələrdə ətraf mühitin qorunmasına böyük önəm verir

Bakıda lV Beynəlxalq Autizm Festivalı keçirilib

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı genişləndirilir

Reymond Bondin: Azərbaycan çox gözəl mədəni irsə malikdir

Gənc rəssam Almaz İdrisovanın fərdi sərgisi açılıb

Bahar Muradova: Qadın hüquqları, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı məsələ bütün forumların əsas mövzusuna çevrilməlidir

BDU-da İsrailin Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” mövzusunda elmi sessiya keçiriləcək

Səudiyyəli nazir: Alternativ enerji mənbələri üzrə geniş fəaliyyət göstəririk

Elnur Məmmədov: "Prezident Kuboku" reqatası ildən-ilə daha maraqlı və uğurlu alınır

“GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB-3 VİDEO

BMU ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Nigeriyanın UNESCO-dakı nümayəndəsi: Dünyanın daha yaxşı olması üçün Dialoq Forumu kimi tədbirlərin keçirilməsi çox vacibdir

ICESCO-nun Baş direktoru: Biz yalnız beynəlxalq əməkdaşlıq yolu ilə iqlim böhranını aradan qaldıra bilərik

Litvalı tədqiqatçı: Azərbaycan Prezidenti çox müdrik siyasət yürüdür

ICESCO-nun Baş direktoru COP29-a dəvət olunub