İQTİSADİYYAT
Dekabrın 17-də respublikanın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 17-də saat 10-dan 18-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Böyükşor”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İvanovka” və “Rəncbər”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Şabran Taxtalar” və “Qobustan”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Lək” və “Katex”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq”, “Tərtər” və “Azadqaraqoyunlu”, Qazax magistral qaz kəmərləri sahəsinin “Yuxarı Salahlı” qazpaylama stansiyalarında, eləcə də qaztənzimləmə məntəqələrində təmir işləri aparılacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir müddətində Hacıqabul rayonunun Rəncbər, Ucar rayonunun Lək, Balakən rayonunun Katex, İsmayıllı rayonunun İvanovka, Qazax rayonunun Yuxarı Salahlı və Aslanbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Tərtər, Şabran və Qobustan rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]