İQTİSADİYYAT
Dəmir yolu stansiyalarından ən yaxın gömrük məntəqəsinə qədər yol vergisi ödənilməyəcək
Bakı, 31 may, Elvin Camalov, AZƏRTAC
Tranzit daşımalarının keçdiyi təyin olunmuş dəmir yolu stansiyalarından ən yaxın gömrük məntəqələrinə qədər daşıyıcılardan yol vergisi alınmayacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, iyunun 1-dən tətbiq olunacaq yol vergiləri Azərbaycanda tranzit daşımalarının inkişafı və sürətləndirilməsi məqsədilə tətbiq edilir. Bununla da beynəlxalq daşıyıcıların Azərbaycana cəlb edilməsi nəzərdə tutulur.
"Biz Azərbaycanı tranzit daşıyıcıları üçün maraqlı etmək istəyirik. Tranzit daşımalarının keçdiyi təyin olunmuş dəmir yolu stansiyalarından ən yaxın gömrük məntəqələrinə qədər daşıyıcılardan yol vergisi alınmayacaq", - deyə A.Əliyev vurğulayıb.