Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dendroxronologiya laboratoriyasında tədqiqatlar müasir metodlarla həyata keçirilir

Bakı, 17 iyun, AZƏRTAC

Son illərdə ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair qəbul olunmuş qanunvericilik aktları Azərbaycan Respublikasının dövlət siyasətində ekologiyanın böyük əhəmiyyətini bir daha sübut edir. Azərbaycanın bitki örtüyünə antropogen təsirin öyrənilməsi, xüsusi mühafizə olunan ərazilərin florasının monitorinqi, texnogen landşaftın rekultivasiyası, populyasiyaların fenogenetik diferensiyasiyasının öyrənilməsi günümüzün aktual məsələlərindən biridir. Belə ki, respublikamızda biomüxtəlifliyin qorunması həm milli və regional, həm də qlobal əhəmiyyət daşıyır. Bioloji müxtəlifliyin qorunub saxlanılması istiqamətində mühüm strateji əhəmiyyətə malik olan, botaniki tədqiqatların praktiki təcrübi bazası sayılan AMEA-nın Dendrologiya İnstitutunda da bu istiqamətdə geniş elmi əsaslarla tədqiqat işləri aparılır. Belə ki, xüsusi mühafizə olunan ərazilərdə qorunma statusuna malik olan bitki aləminin bərpası üçün müvafiq tədbirlərin həyata keçirilməsi, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin genofondunun qorunmasının təmin edilməsi və institutun kolleksiya sahələrində onların sayının artırılması, biomüxtəliflik üçün təhlükənin və bu təhlükə nəticəsində, ilk növbədə, təsir altına düşə bilən təbii bitki növlərinin proqnozlaşdırılması, ekoloji tarazlığın saxlanılması istiqamətində işlər Dendrologiya İnstitutu tərəfindən atılan mühüm addımlardandır.

Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutunun Dendroxronologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırova məlumat verib. O, Dendroxronologiya laboratoriyasının fəaliyyət istiqamətlərindən söz açıb. Bildirib ki, 2011-ci ildə müasir standartlara cavab verən, tədqiqatlarını müasir metodlarla həyata keçirən Dendroxronologiya laboratoriyasının yaradılması institutun bu istiqamətdə işlərin aparılmasına təkan verdi. Dendroxronologiya laboratoriyasının əsas fəaliyyət istiqamətləri təbii və mədəni florada olan nadir növlərin populyasiyalarında baş verən proseslərin biometrik analizinin aparılması, dendroxronoloji məlumatların toplanılması, geofiziki məlumatların alınması, bitkilərin ekoloji vəziyyətinin öyrənilməsi, oduncaqlı bitki növlərinin arealların kiçilməsinə səbəb olan amillərin aşkarlanması, biometrik analizlərin, təbii və mədəni florada olan növlərin müqayisəli təhlilinin və digər təbii hadisələrin baş verməsi haqda əvvəlcədən məlumat almaqdır. Əsası 1900-cü illərdə qoyulan “dendrochronologiya” ağacların illik halqalarını müşahidə etməklə vaxt intervallarını qiymətləndirmək üsuludur. Bu sahədə dünyanın inkişaf etmiş ölkələrində geniş dendroxronoloji tədqiqatlar aparılır. Biologiyada dendroxronoloji tədqiqatlardan son minilliklərdə bioloji dəyişikliklərin öyrənilməsi üçün istifadə olunur. Əsaslı olaraq ağacları təbii hadisələri qeydə ala bilən cihaz adlandıra bilərik. Belə ki, ağacların oduncağında olan illik halqalar keçmişdə baş verən hadisələri qeydə almaq qabiliyyətinə malikdir. Xronoloji tədqiqatlar 7000 ildən çox müddət ərzində məlumat əldə etməyə imkan verir. Dendroxronologiyaya əsasən ağacın böyüdüyü yerin hidrologiyasını, keçmişdə iqlim dəyişkənliyinin növlərə təsirini də qiymətləndirmək mümkündür. Biz də bütün bunları nəzərə alaraq, müasir üsullardan istifadə etməklə ağacın oduncağından oduncaq-halqa nümunələri götürərək, ağacların yaşını hesablayır və dendroxronoloji avadanlıqların köməyi ilə oduncaq halqalarının qeydə aldığı təbii hadisələri izah etməyə çalışırıq.

Keçmiş geoloji dövrlərdə iqlim amillərinin ağac növlərinin illik halqalarına təsirinin qanunauyğunluqlarını öyrənən digər dendroxronoloji istiqamət - dendroklimatologiyadır. Dendroxronoloji və dendroklimatik tədqiqatların əsas məqsədi -iqlim amilləri ilə meşə əmələgətirən növlərin illik radial artımı arasında korelyativ əlaqələrin müəyyənləşdirilməsi; uzun tarixi dövr ərzində ağac-halqa xronologiyalarına əsasən iqlim dəyişikliyinin bitkilərə təsirini öyrənmək; gələcəkdə iqlim dəyişikliyinin qısa müddətli proqnozunu verməkdir. Təbiət və tarixi abidələrin yaşının təyini müasir dövrün ekoloji problemlərinin həlli istiqamətində, meşələrin bərpasında qəbul olunan əsas amillərdəndir. Tədqiqatlar müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş laboratoriyada aparılır. Tədqiqatlar zamanı metodiki təlimatlara uyğun fenoloji müşahidələr, keyfiyyət analizləri, qeydiyyatlar, hesabat qiymətləndirilmələri fərdi iş planlarına uyğun olaraq AMEA Dendrologiya İnstitutunun Dendroxronologiya laboratoriyasında və Azərbaycan Respublikasının müxtəlif meşə fitosenozlarında, ekosistemlərdə həyata keçirilir.

S.Bağırova bildirib ki, dendroxronoloji təhlilin aparılmasında əsas məqsəd ağac gövdəsinin xarici mühitlə əlaqələrini, oduncağın illər üzrə dəyişkənliyini, ekoloji amillərdən asılı olaraq baş vermiş hadisələrin onlara təsirini və yaşının elmi əsaslarla öyrənilməsidir. Bu məqsədlə tədqiq olunan növlərin gövdələrindən nümunələr götürülərək (hər növdən 4-6 nümunə olmaqla) onların yaşı təyin edilir, bioloji inkişafa təsir edən amillərin illər üzrə mütləq və nisbi göstərici qrafikləri qurulur. Bu da bitkinin illər üzrə ardıcıl inkişaf dinamikasını, davamlılıq meyarlarını təyin etməyə imkan verir. Tədqiqat zamanı “LİNTAB6” və “Resistograph” dendroxronoloji avadanlıqlarından istifadə edilir. “LİNTAB6”nın tətbiqi ağacın illik halqalarının dəyişkənliyi haqqında məlumat əldə etməyə və dendroxronoloji analiz üçün istifadə etməyə imkan verir. Dendroxronologiyada əməliyyatlar diaqnostik proses zamanı “Resistograph”la - diametri 1,5 millimetr və uzunluğu 50 santimetr olan nazik bir qazma iynəsi ilə aparılır.

“Dendroxronoloji tədqiqatlarımız Zaqatala, Eldar Şamı, Qızılağac Dövlət Təbiət qoruqlarında, Göygöl Milli Parkında, Balakən bölgəsində, Yevlax rayonunda, Lənkəran, Astara zonasında, Böyük Qafqazın sərhədyanı ərazilərində, Mərdəkan və Pirallahı qəsəbələrində və s. ərazilərdə aparılıb. Tədqiqat zamanı Quercus L., Juglans L., Corylus L., Ulmus L., Caprinus L., Alnus Mill , Acacia Mill, Morus L. , Olea L., Melia L., Populus L., Eucalyptus L.Herit, Gleditsia J.Clayton, Castanea Mill, Platanus L., Pterocary Nutt.və s. cinslərə aid növlərdən nümunələr götürülüb, meşə ekosistemlərinin qiymətləndirilmiş növlərin yaş strukturuna əsasən dendroxronoloji tədqiqi həyata keçirilib. İlk uzunmüddətli xronologiya Şəkidə, Naxçıvanda, Cənub bölgəsində, Hirkan florasında, Zaqatala - Balakən ərazisində rast gəlinib. Burada tarixi təbiət abidələrinin yaşı 120-350 arasında dəyişilib. Nəticə olaraq illər üzrə iqlim amillərinin bitkilərə ümumi təsiri araşdırılıb, quraqlıq, temperatur və s. kimi stress amillərinin təsirindən növlərdə inkişaf dinamikası açıqlanıb. Dendroxronoloji tarixi tətbiqləndirmə əsasında illik halqaların sayına görə növlərin yaşı təyin edilib. Zaqatala, Balakən bölgəsində xüsusi mühafizə statusu olmayan nadir və azsaylı flora növlərindən götürülən nümunələrdə ən yaşlı növ 392 sm diametrli İsmayıllı rayonundan götürülüb, 1920-ci ildə əkilmiş və yaşı 99 olan Şabalıdyarpaq palıd - Quercus castaneifolia C.A.Mey, Hirkan Milli parkında götürülmüş ən yaşlı növ isə gövdəsinin diametri 250 sm olan 58 yaşlı Şabalıdyarpaq palıd - Quercus castaneifolia C.A.Mey növü olduğu məlum olub. Tədqiqatlar zamanı ontogenezin müxtəlif mərhələlərində ağacların böyüməsinin eyni ətraf mühit amillərinə reaksiyasındakı fərqlər, iqlim və torpaq şəraitinin sürətli və kəskin dəyişməsi növlərin inkişafına da təsir göstərib. Növlərdə yetkinlik dövründə radial artımın daha sürətli getdiyi, yaş artdıqca isə radial artımın zəiflədiyi müşahidə edilib. İqlim amillərindən asılı olaraq tədqiq edilən növlər yayda və qışda qeyri-bərabər böyüyür və boy artımı qışa nisbətən yayda daha çox müşahidə edilir. Laboratoriya əməkdaşları tərəfindən mütəmadi olaraq respublikamızın regionlarına ekspedisiyalar təşkil olunaraq senopopulyasiyaların monitorinqi, Azərbaycanın təbii və mədəni florasında cinslərin taksonomiyası, məhv olmaq təhlükəsində olan və nadir növlərin populyasiyalarında baş verən proseslər; mübahisəli taksonların taksonomik ranqının biometrik analizi; taksonların təbii diapazonlarında coğrafi variasiyaları, ayrıca regionların dendroflorasının xronoloji təsviri geniş tədqiqatlara əsaslanaraq aparılır. Sərhədyanı ərazilərinin nadir növlərinin populyasiyalarında baş verən proseslərin biometrik analizinin, meşələrdə dominantlıq təşkil edən edifikator növlərin yaş strukturuna əsasən dendroxronoloji təhlilinin həyata keçirilməsi də nəzərdə tutulur.

Tədqiqatlarımızın nəticəsi göstərdi ki, qlobal iqlim dəyişkənliyi biomüxtəlifliyin azalmasına, səhralaşma prosesinin sürətlənməsinə, nəticədə meşə sahələrinin, doluluğunun və meşə ehtiyatlarının azalmasına səbəb olub. Turizm infrastrukturunun inkişafı ilə ətraf mühitə maksimum təzyiqinin müəyyənləşdirilməsi, ekoloji turizmin və o cümlədən, turizmin digər yeni formalarının inkişaf etdirilməsi ilə meşələrə artan rekreasiyanın mənfi təsirinin qarşısının alınması ilə daha ciddi məşğul olunmalıdır. Təbii bərpanın gedişi zəif olduğundan, ərazilərdə meşələrin rayonlaşdırılmış növlər hesabına bərpa etdirilməsi, keyfiyyətinin və məhsuldarlığının artırılması, əlavə torpaq sahələri hesabına yeni meşəliklər və yaşıllıqların salınması ilə ölkənin yaşıl örtüyünün artırılması prioritet məsələ kimi qarşıya qoyulmalıdır”, - deyə S.Bağırova qeyd edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü YENİLƏNİB

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibertəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB VİDEO

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir