ELM VƏ TƏHSİL
Dillər Universiteti VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Dillər Universiteti (ADU) oktyabrın 5-dən 9-dək Bakı Ekspo Mərkəzində keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək.
Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Sərgidə universitetin professor-müəllim heyətinin yaradıcılığı əks olunacaq. Müasir akademik və elmi kitabxana konsepti bazasında təşkil edilən sərgidə ADU-nun Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi 130 nüsxədən ibarət çap kitab kolleksiyası nümayiş etdirəcək.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Caspian Event Organisers” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən sərginin məqsədlərindən biri akademik kitabxanaların müsbət imicini formalaşdırmaqla kitab anlayışı və oxucu istifadəsi üzrə məlumatlılığı artırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:14]
Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib
- 03.05.2024 [19:11]
Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir
- 03.05.2024 [18:58]
Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
- 03.05.2024 [18:42]
AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub
- 03.05.2024 [18:35]