Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 567; 2002, № 12, maddə 703; 2004, № 6, maddə 414; 2005, № 10, maddə 873; 2008, № 3, maddə 155; 2009, № 6, maddə 399; 2011, № 2, maddə 71; 2013, № 4, maddə 365; 2015, № 10, maddə 1084) aşağıdakı dəyişikliklər edilsin:

1. 14.1-ci maddənin birinci abzası ləğv edilsin.

2. 14.3-cü maddədə “attestasiyanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir” sözləri “attestasiya Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş qaydada və müddətdə həyata keçirilir” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin