ELM VƏ TƏHSİL
Doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları başlamışdır
Bakı, 19 iyun (AZƏRTAC). İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları başlamışdır.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, imtahanlara hazırlıq məqsədilə bu ilin fevral ayından etibarən 15 günlük, 1 və 3 aylıq kurslar təşkil olunmuşdur. Habelə doktorant və dissertantlar üçün sınaq imtahanları keçirilmiş, onlara doktorluq imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilmişdir.
Qeyd edək ki, AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları ötən ilin iyun ayından başlayaraq elektron test üsulu ilə keçirilir. Bu sessiyada ümumilikdə təxminən 800 nəfərin imtahan verəcəyi gözlənilir. İmtahanlar iyulun 2-dək davam edəcəkdir.