DÜNYA
Dominikanda 35 nəfərin ölümünə səbəb olan "Erika" Kuba və ABŞ sahillərinə doğru irəliləyir VİDEO
Bakı, 29 avqust, AZƏRTAC
Dominikanda "Erika" qasırğası nəticəsində 35 nəfər həyatını itirib. Karib hövzəsindəki kiçik ada dövlətində qasırğa yüzlərlə evi və yolları məhv edib, bütün hava limanları fəaliyyətini dayandırıb. Güclü küləklə müşayiət olunan leysan yağışları daşqınlara səbəb olub.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Dominikan Respublikasının Baş naziri hadisəni "milli faciə" adlandırıb. Onun sözlərinə görə, təbii fəlakətin vurduğu zərər ölkəni 20 il geriyə atıb. Trinidad və Tobaqo və Venesuelaya aid helikopterlər, həmçinin digər ölkələrdən göndərilən personal, ilkin tibbi yardım ləvazımatı və müxtəlif dərman preparatları ilə dolu yüklər artıq fəlakət zonasına çatdırılıb.
Hazırda Karib dənizi hövzəsində tüğyan edən qasırğa ölkələri bir-bir cənginə alır. Sinoptiklərin proqnozuna görə, "Erika" bununla kifayətlənməyəcək. Qasırğanın Kuba istiqamətində hərəkət etdiyi, daha sonra isə artıq fövqəladə vəziyyətin elan edildiyi ABŞ-ın Florida ştatına satacağı bildirilir.