REGİONLAR
Dövlət Baytarlıq Nəzarəti xidmətinin məlumatı
Bir sıra kütləvi informasiya vasitələrində Cəlilabad rayonunun Alar kəndində mal-qaranın kütləvi şəkildə qırılması barədə məlumat yayılıb. Həmin məlumata görə, 60-dan çox inək tələf olub. Bu məlumat Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə daxil olan kimi adı çəkilən kənddə araşdırmalar aparılıb və məlum olub ki, həmin məlumatın heç bir əsası yoxdur və ajiotaj xarakteri daşıyır.
Araşdırma zamanı o da məlum olub ki, Alar kəndində cəmi bir necə baş heyvan yaşıl otdan zəhərlənib. Onlardan 2 başı məcburi kəsilib, 1 başı qansızlaşdırılmadan tələf olub, digər heyvanlar isə yerli baytarlıq mütəxəssisləri tərəfindən müalicəyə cəlb olunub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bir daha bildirir ki, Cəlilabad rayonunun adı çəkilən kəndində heyvanlar arasında kütləvi tələfatın olması barədə yayılmış məlumatların heç bir əsası yoxdur və bu tamamilə yanlışdır.
Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkənin epizootik durumuna tam nəzarət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]