İQTİSADİYYAT
Dövlət Məşğulluq Xidməti tərəfindən 29 min 299 nəfər işsiz və işaxtaran münasib işlə təmin olunmuşdur
Bakı, 11 fevral (AZƏRTAC). 2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 29 min 299 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunmuşdur.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, ötən il müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb edilənlərin sayı 4299 nəfər təşkil etmişdir. 1568 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Gənclərin gələcək peşə seçiminə kömək məqsədilə 108 min 922 nəfər peşəyönümü məşğələlərinə cəlb edilmişdir.
Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdə fəaliyyət göstərən əmək birjaları tərəfindən 3938 nəfər müvəqqəti xarakterli iş yerlərinə göndərilmişdir. Bu sahədə yeni formatda fəal məşğulluq tədbiri kimi səyyar əmək birjalarının təşkili məqsədilə xüsusi hazırlanmış nəqliyyat vasitələrinin alınmasına başlanılmışdır.