ELM VƏ TƏHSİL
Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində oxumaq üçün sənəd vermiş növbəti 167 namizəd barədə müsbət qərar qəbul edilmişdir
Bakı, 20 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 167 namizəd barədə müsbət qərar verilmişdir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi həmin namizədlərin siyahısı nazirliyin saytında yerləşdirilmişdir.