İQTİSADİYYAT
Dövlət qeydiyyatından keçməyən radioelektron vasitələrin növbəti statistikası təqdim olunub
![Dövlət qeydiyyatından keçməyən radioelektron vasitələrin növbəti statistikası təqdim olunub](/files/2014/2/1200x630/14087125505074658534_1200x630.jpg)
Bakı, 8 avqust (AZƏRTAC). Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin mütəxəssisləri bu ilin 7 ayında müəssisə və təşkilatlarda keçirdikləri texniki baxış zamanı 204 qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlayıb.
Dövlət Radiotezliklər İdarəsindən AZƏRTAC-a bildirilər ki, mütəxəssislər 415 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə texniki baxış keçirib. Aşkar olunan 204 qeyri-qanuni REV-in 86-sı möhürlənib, 107-si qeydiyyata salınıb.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.