Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ PREZİDENT İLHAM ƏLİYEVİN AZƏRBAYCAN XALQINA TƏBRİKİ

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ PREZİDENT İLHAM ƏLİYEVİN AZƏRBAYCAN XALQINA TƏBRİKİ

-Hörmətli xanımlar və cənablar!

Əziz həmvətənlər!

Mən sizin hamınızı Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. 2007-ci il tarixdə qalır. Bu il Azərbaycanın hərtərəfli inkişafı üçün çox uğurlu il olmuşdur. 2007-ci ildə Azərbaycan öz beynəlxalq mövqelərini möhkəmləndirmiş, böyük iqtisadi inkişafa nail ola bilmişdir. Bizim ölkəmiz çox sürətlə inkişaf edir. Ölkəmizin bütün sahələri çox uğurla və sürətlə inkişaf edir. İqtisadi inkişafda Azərbaycan üçüncü ildir ki, dünyada öz mövqelərini, liderlik mövqelərini saxlaya bilmişdir.

Bildiyiniz kimi, 2005-ci ildə Azərbaycan iqtisadiyyatı 26 faiz, 2006-cı ildə isə 35 faiz artmışdır. Bu yüksək dinamika 2007-ci ildə də saxlanılmışdır. Bu il Azərbaycan iqtisadiyyatı 25 faiz artmışdır. Bu, dünyada analoqu olmayan bir göstəricidir və şübhəsiz ki, Azərbaycanın bütün inkişafına çox böyük dərəcədə müsbət təsir göstərən amildir. Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə bütün sahələrdə irəliləyiş, canlanma müşahidə olunur. Bizim büdcə xərclərimiz artır. 2003-cü illə müqayisədə büdcə xərclərimiz 10 dəfə artmışdır. Azərbaycanın icmal büdcəsi gələn il 12 milyard dollar təşkil edəcəkdir. Bu, çox böyük rəqəmdir və bizə imkan verəcək ki, ölkənin qarşısında duran bütün vəzifələri uğurla yerinə yetirə bilək.

Bildiyiniz kimi, Azərbaycanda dörd ilə yaxındır regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı icra olunur. Bu proqramın Azərbaycanın bölgələrinin inkişafının təmin edilməsi üçün çox böyük rolu olmuşdur. Böyük qürur hissi ilə deyə bilərəm ki, bu dörd il ərzində Azərbaycanda 600 mindən çox yeni iş yeri açılmışdır ki, onların da 460 mini daimi iş yeridir. Beləliklə, 2003-cü ildə verilən vədlər nəinki 2008-ci ilin sonunda, 2008-ci ilin əvvəlində yerinə yetirilmişdir. Yeni iş yerlərinin açılması həm məşğulluq deməkdir, həm də yeni müəssisələr, fabriklər deməkdir.

Biz Azərbaycan iqtisadiyyatını şaxələndiririk. Biz neft-qaz amilindən asılılığımızı azaldırıq, ölkə iqtisadiyyatı çoxşaxəli olmalıdır və biz buna nail olacağıq. Bütün nailiyyətlərlə yanaşı, eyni zamanda, sosial məsələlər də daim diqqət mərkəzində olmuşdur. Bu sahəyə böyük investisiyalar qoyulur və bizim büdcəmizin sosial yönümlülüyü qorunub saxlanılır. İnvestisiyalarla bərabər, sosial məsələlərə də böyük diqqət göstərilməlidir. Çünki biz xalq üçün çalışırıq, xalq üçün yaşayırıq və işləyirik. Bizim başlıca amalımız Azərbaycan xalqının firavan yaşamasıdır.

2007-ci ildə minimum əmək haqqı və pensiyalar artırılmışdır. Büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqları artırılmışdır. Bildiyiniz kimi, 2008-ci il yanvarın 1-dən minimum əmək haqqı və minimum pensiya 20 faiz artacaq və 60 manata çatacaqdır. Bu, böyük irəliləyişdir. Ancaq, əlbəttə, bu rəqəm hələ ki, bizi tam şəkildə qane edə bilməz. Biz istəyirik ki, Azərbaycan vətəndaşları - istər dövlət təşkilatlarında işləyənlər, istərsə də pensiyaçılar normal əmək haqları və pensiyalar alsınlar. Bu əmək haqları və pensiyalar onların bütün tələbatlarını ödəyə bilsin. Biz buna gedirik və o gün uzaqda deyildir. Hələ ki, minimum əmək haqqının və pensiyanın artım dinamikası çox ümidvericidir və bizə imkan verəcək ki, Azərbaycan vətəndaşlarının bütün tələbatlarını lazımi səviyyədə ödəyək.

Sosial məsələlərə gəldikdə, bunlar sadəcə, əmək haqları və pensiyaların verilməsi ilə məhdudlaşmır. Eyni zamanda, sosial infrastruktura qoyulan investisiyalar da bu məsələlərin həllinə böyük kömək göstərir. Sizə deyə bilərəm ki, son dörd il ərzində Azərbaycanda 1200-dən çox yeni məktəb tikilibdir, yüzlərlə məktəb təmir olunubdur və bu proses 2008-ci ildə davam etdiriləcəkdir. Onlarca yeni xəstəxana, poliklinika tikilməsi, ən ucqar yerlərdə yüksək səviyyəli tibbi xidmətin təmin edilməsi nəzərdə tutulur. Bütün bunlar Azərbaycanda sosial sahənin inkişafı üçün çox vacib olan amillərdir və şübhəsiz ki, 2008-ci ildə bu sahəyə daha da böyük diqqət göstəriləcəkdir. Bizim iqtisadi imkanlarımız, iqtisadi qüdrətimiz artır. Azərbaycanın bölgədəki mövqeləri möhkəmlənir və əlbəttə, növbəti illərdə sosial məsələlərin həllinə daha da böyük səylər göstərəcəyik.

2007-ci ildə Azərbaycanın gələcək inkişafı üçün çox böyük və tarixi hadisələr baş vermişdir. Daha doğrusu, bu hadisələri biz yaradırıq. Öz siyasətimizlə, öz iradəmizlə Azərbaycan üçün, xalqımız üçün lazım olan bütün şəraiti yaradırıq. 2007-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri, demək olar ki, tam gücü ilə işləməyə başlamışdır. Vaxtilə bu layihəyə şübhə ilə yanaşan, yaxud da ona əngəllər törətmək istəyənlər artıq görürlər ki, buna nail ola bilmədilər. Biz qarşıda duran bütün vəzifələri uğurla icra etmişik. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi və uğurla fəaliyyət göstərməsi, əlbəttə ki, Azərbaycanın iqtisadi potensialını artırır.

Bu il biz Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismarına nail olmuşuq. Bu gün Azərbaycan qazı həm ölkə əhalisinin tələbatını ödəyir, - gələcək illərdə daha da böyük həcmdə ödəyəcəkdir, - həm də qonşu ölkələrə ixrac edilir. Bu gün biz öz qaz imkanlarımızdan istifadə edib bölgədə siyasi və iqtisadi gücümüzü möhkəmləndiririk. Artıq üç ölkəyə Azərbaycan qazı ixrac edilir və gələcəkdə bu ölkələrin coğrafiyası genişlənəcəkdir. Bu, bizə həm iqtisadi dividendlər gətirəcək, həm də siyasi mövqelərimizi əhəmiyyətli dərəcədə möhkəmləndirəcəkdir. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyi üçün çox önəmli ölkəyə çevrilir və biz bundan olduqca məmnunuq. Əlbəttə ki, Azərbaycan xalqının milli maraqlarının qorunması üçün bu amildən uğurla istifadə edəcəyik.

2007-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun təməli qoyulmuşdur. Bu layihə uzun illər idi ki, müzakirə mövzusu idi. Ancaq biz bunu həyata keçirdik, biz bunu reallığa çevirdik. Baxmayaraq ki, bu layihəyə beynəlxalq maliyyə qurumları tərəfindən o qədər də böyük dəstək yox idi, əksinə, bəzi xarici qüvvələr bu layihəni əngəlləmək üçün böyük səylər göstərmişlər. Amma bizim iradəmiz, qonşu, dost ölkələrin birgə fəaliyyəti imkan verdi ki, biz buna da nail olduq. Bunun Azərbaycan üçün və xalqımız üçün çox böyük tarixi əhəmiyyəti olacaqdır. Biz bu dəmir yolunun tikintisi ilə özümüzü Türkiyə ilə birləşdiririk, Avropanı Asiya ilə birləşdiririk və beləliklə, Azərbaycan tranzit ölkə kimi nəinki enerji, eyni zamanda, nəqliyyat baxımından əvəzolunmaz ölkəyə çevrilir. Bunun nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Bu, o deməkdir ki, Azərbaycan daha da güclü mövqelərə malik olacaq, Azərbaycanın maraqları daha da böyük dərəcədə qorunacaq, Azərbaycanla daha da çox hesablaşacaqlar və bizim sözümüz daha çox əhəmiyyət kəsb edəcəkdir.

Energetika sahəsində bu illərdə daha da böyük işlər görülür. Yeni elektrik stansiyaları tikilir, elektrik xətləri çəkilir. Son iki il ərzində 450 meqavat gücündə elektrik stansiyaları tikilmişdir və 2008-ci ildə 800 meqavat gücündə elektrik stansiyalarının işə düşməsi nəzərdə tutulur. Bu, ölkənin elektrik enerjisinə olan tələbatını tam şəkildə ödəyəcək və Azərbaycanın gələcək iqtisadi inkişafı üçün də çox güclü şərait yaradacaqdır.

Bildiyiniz kimi, nəqliyyat sektoruna çox böyük investisiyalar qoyulur. Həm Bakıda, həm də Azərbaycanın bölgələrində bu sahəyə çox böyük diqqət var. Bakının nəqliyyat problemlərinin aradan qaldırılması üçün qısa müddət ərzində və çox böyük keyfiyyətlə nə qədər böyük işlər görülübdür. Bakını müasir şəhərə çevirmək üçün təkcə tarixi binaların təmiri yetərli deyil, eyni zamanda, müasir infrastruktur yaradılmalıdır. İnsanların rahatlığı üçün nəqliyyatın hərəkəti tənzimlənməlidir və bildiyiniz kimi, bu sahəyə böyük investisiya qoyulur və qoyulacaqdır.

Əziz dostlar, bir sözlə, 2007-ci ildə görülən bütün işləri sadalamaq üçün bir neçə saat vaxt lazımdır. Sadəcə olaraq, mən əsas məqamları sizin diqqətinizə çatdırmaq istəyirəm. Çünki ölkə daxilində proseslər çox uğurla gedir, ölkədə ictimai-siyasi sabitlik tam bərqərar olunmuşdur. Xalqla iqtidar arasında birlik tam şəkildə təmin olunmuşdur və bizim bütün işlərimizin məqsədi, bütün amalımız xalqa xidmət etməkdir. Mən bu vəzifəni icra edirəm və bundan sonra da öz səylərimi əsirgəməyəcəyəm.

Azərbaycanın beynəlxalq, xarici müstəvidə olan mövqeləri də möhkəmlənmişdir. 2007-ci ildə xarici ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri və mənim xarici ölkələrə səfərlərim, eyni zamanda, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığımız Azərbaycanın inkişafı üçün çox gözəl şərait yaratmışdır. Biz daha da çox müttəfiqlər qazandıq, daha da çox dost ölkələr qazandıq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya ictimaiyyəti tərəfindən dəstəklənir və ikitərəfli müstəvidə keçirdiyim bütün görüşlərdə və imzaladığım sənədlərdə Azərbaycanın ərazi bütövlüyü prinsipi öz əksini tapmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əfsuslar olsun ki, 2007-ci ildə öz həllini tapmadı. Amma günah bizdə deyil, günah Ermənistanın qeyri-konstruktiv mövqeyindədir. Biz danışıqlara hazırıq və bu danışıqları aparırıq. Baxmayaraq ki, danışıqların hələ heç bir nəticəsi yoxdur. Sadəcə olaraq, biz çalışırıq ki, bu məsələni sülh yolu ilə həll edək, beynəlxalq hüquq əsasında həll edək. Əfsuslar olsun, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi, işğalçı siyasəti imkan vermədi ki, biz 2007-ci ildə bu məsələni həll edək.

Biz öz ərazi bütövlüyümüzü heç vaxt güzəştə getməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir. Azərbaycan rəhbərliyi və Azərbaycan xalqı heç vaxt bununla razı olmayacaqdır. Beynəlxalq ictimaiyyət isə Dağlıq Qarabağın müstəqilliyini heç vaxt tanımayacaqdır. Biz danışıqları bu istiqamətdə aparırıq. Sizə deyə bilərəm ki, danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın zəbt olunmuş bütün torpaqları işğalçılardan azad edilsin, Azərbaycan vətəndaşları – məcburi köçkünlər həmin torpaqlara qayıtsınlar, o cümlədən də Dağlıq Qarabağa qayıtsınlar. Bu, bizim prinsipial mövqeyimizdir və bu mövqedən bir addım da kənara çıxmayacağıq. Ermənistan bunu nə qədər tez başa düşsə, onlar üçün bir o qədər yaxşıdır. Biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Əgər Dağlıq Qarabağda yaşayan ermənilər öz müqəddəratını həll etmək istəyirlərsə, onu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etsinlər, yaxud da əgər bunu istəmirlərsə, onda Dağlıq Qarabağdan çıxıb başqa yerdə özləri üçün ikinci dövlət yaratsınlar. Hər halda, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılması qeyri-mümkündür. Bizim prinsipial mövqeyimiz günü-gündən daha da çox beynəlxalq dəstək qazanır. Eyni zamanda, bir daha demək istəyirəm ki, biz danışıqlar prosesini bu istiqamətdə davam etdirəcəyik.

Bununla yanaşı, ordu potensialımızı da gücləndiririk. Biz danışıqlara sadiqik, danışıqlar prosesi gedir və hələ bir müddət gedəcəkdir. Hələ ki, bizim ümidlərimiz tam tükənməyibdir. Ancaq biz hər şeyə hazır olmalıyıq. Siz mənim bu barədəki mövqeyimi yaxşı bilirsiniz. Mən hər şeyi xalqa olduğu kimi deyirəm.

Artıq bir neçə ildir ki, Azərbaycanın ordu potensialı böyük dərəcədə artırılır. Artıq bir neçə ildir ki, hərbi xərclərə yüz milyonlarla dollar yönəldilir. Bu il bizim hərbi xərclərimiz təxminən bir milyard dollar səviyyəsində idi. Gələn il bu, ən azı, 1 milyard 200 milyon dollar səviyyəsində olacaqdır. Hər halda, Azərbaycanın dövlət büdcəsində bu məbləğ nəzərdə tutulmuşdur. Biz yeni silahlar alırıq, yeni avadanlıq alırıq, ordumuzun peşəkarlığını yüksəldirik. Müdafiə sənayesi yaratmışıq və artıq müdafiə sənayesi ordumuz üçün lazım olan silah-sursatı istehsal edir. Deyə bilərəm ki, bu sənaye məxfi xarakter daşıyır, ona görə ictimaiyyət bu barədə böyük bilgilərə malik deyildir. Ancaq bilin ki, bu sahədə lazımi səviyyədə işlər görülür və Azərbaycanın ordu potensialı möhkəmləndirilir. Biz ordumuzu ona görə gücləndiririk ki, öz doğma torpaqlarımızı işğalçılardan istənilən yolla azad etməyə hər an hazır olmalıyıq.

Əziz dostlar!

Əziz bacılar və qardaşlar!

Bildiyiniz kimi, bu gün Dünya azərbaycanlılarının həmrəyliyi günüdür. Bu bayram bizim üçün çox əzizdir. Mən əminəm ki, dünyada yaşayan bütün azərbaycanlılar 2008-ci ildə daha da sıx birləşəcəklər. Azərbaycan dövləti buna nail olmaq üçün əlindən gələni edir. Azərbaycanda keçirilən dünya azərbaycanlılarının qurultayları, müxtəlif tədbirlər azərbaycanlıların birləşməsinə xidmət göstərir. Azərbaycanlılar müxtəlif ölkələrdə yaşayırlar, ancaq bizim hamımızın, bütün azərbaycanlıların bir dövləti var – müstəqil Azərbaycan Respublikası. Bir vətəni var - Azərbaycan. Biz öz doğma xalqımıza daha da böyük xidmət göstərməliyik, öz doğma dövlətimizi gücləndirməliyik. Mən əminəm ki, 2008-ci ildə bu istiqamətdə işlər uğurla gedəcəkdir və biz güclü Azərbaycan dövlətini yaradacağıq.

Əziz dostlar!

Əziz həmvətənlər, bacılar və qardaşlar!

Sizi qarşıdan gələn bayramlar münasibətilə bir daha təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb