MƏDƏNİYYƏT
Dünya şöhrətli modelyer “Eurovision” mahnı müsabiqəsinin final mərhələsi üçün aparıcının geyimini hazırlayacaqdır
Bakı, 12 aprel (AZƏRTAC). İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsinin mayın 18-də keçiriləcək final mərhələsini açacaq isveçli yumorist və televiziya aparıcısı Petra Mede üçün geyimi dünya şöhrətli fransız modelyeri Jan-Pol Qotye hazırlayacaqdır.
“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytından AZƏRTAC-a bildirmişlər ki, bu yarışmanın qadın aparıcıları üçün səhnə geyimi həmişə diqqət mərkəzində olmuşdur. Builki şounun prodüseri final mərhələsində aparıcının geyiminin dünya şöhrətli fransız modelyerinin hazırlaması ilə bağlı təşəbbüsü dərhal dəstəkləmişdir.
Jan-Pol Qotye və Petra Mede artıq modelyerin studiyasında paltarın parçası və rəngi ilə bağlı detalları müzakirə etmişlər.
“Eurovision” mahnı müsabiqəsinin pərəstişkarı olan Jan-Pol Qotye bir neçə dəfə yarışmanın iştirakçıları, o cümlədən keçən ilki yarışmada Fransanın təmsilçisi Anqun üçün də geyimi o, hazırlamışdır. Eyni zamanda, məşhur modelyerə Petra Medenin də böyük rəğbəti vardır.