İQTİSADİYYAT
Dünyada baş verən qlobal tendensiyalar texnoloji baxımdan daim təkmilləşən vergi sisteminin yaradılmasını zəruri edir
Bakı, 8 fevral (AZƏRTAC). Bu gün Azərbaycanda digər sahələrdə olduğu kimi, vergi xidmətinin də qarşısında yeni, qlobal çağırışlar durur. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası milli vergi sistemi üçün də yeni hədəflər müəyyən etmişdir. Dünyada baş verən qlobal tendensiyalar və beynəlxalq inteqrasiyanın dərinləşməsi bilik menecmentinə əsaslanan, texnoloji baxımdan daim təkmilləşən vergi sisteminin yaradılmasını zəruri edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 8-də Bakıda keçirilən II Vergi Forumunda vergilər naziri Fazil Məmmədov bildirmişdir.
Nazir demişdir: “Biz yaxın gələcəkdə vergi sistemində müasir
informasiya texnologiyalarının, elektron auditin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin qurulması istiqamətində aparılan islahatları davam etdirmək niyyətindəyik”.