SİYASƏT
Düşmən cavab atəşi ilə susdurulmuşdur
Bakı, 1 fevral (AZƏRTAC). Ermənistan silahlı bölmələri fevralın 10-da və 11-də gecə Azərbaycan Respublikasının Ağdam rayonunun işğal olunmuş Şirvanlı, Şuraabad, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.