CƏMİYYƏT
“Əbədi sevgi - Vətən” adlı kitabın təqdimatı olub
Bakı, 3 oktyabr, AZƏRTAC
“Əbədi sevgi - Vətən” layihəsi çərçivəsində şəhid və gənc qazilərin şeirlərindən ibarət eyniadlı kitabın təqdimat mərasimi olub.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimində Dünya Gənc Türk Yazarlar İctimai Birliyinin sədri İntiqam Cavanşir və ARGTMŞ-nin baş katibi Ramin Həbibzadə layihə və kitab haqqında məlumat verərək iştirakçıların suallarını cavablandırıblar.
“Əbədi sevgi - Vətən” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində Dünya Gənc Türk Yazarlar İctimai Birliyi tərəfindən həyata keçirilib.