İQTİSADİYYAT
“EcoVision” jurnalının 10-cu nömrəsi nəşr olunmuşdur
Bakı, 2 mart (AZƏRTAC). Azərbaycan- Türkiyə İş Adamları Birliyinin (ATİB) təsis etdiyi “EcoVision” jurnalının 10-cu nömrəsi çapdan çıxmışdır.
ATİB-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, jurnalın bu nömrəsində iki qardaş ölkə arasında mövcud münasibətlərin vəziyyəti təhlil edilmiş, bu əlaqələrin daha da təkmilləşməsi üçün görüləcək işlərdən bəhs edilmişdir. “EcoVision” jurnalının bu nömrəsində ölkədə, regionda, dünyada baş verən hadisələr, həmçinin ATİB-in fəaliyyəti barədə xəbərlər verilmiş, Azərbaycanda nəşr edilən maraqlı kitablardan bəziləri barəsində qısa resenziyalar təqdim olunmuş, son 10 ildə ölkənin keçdiyi iqtisadi yolun göstəriciləri yığcam şəkildə oxuculara çatdırılmışdır.