ELM VƏ TƏHSİL
EERA-nın prezidenti: Hər il keçirdiyimiz beynəlxalq konfransda azərbaycanlı tədqiqatçılar da iştirak edə bilərlər
Bakı, 21 fevral, AZƏRTAC
EERA Avropada fəaliyyət göstərən beynəlxalq bir təşkilatdır. Biz digər milli təhsil tədqiqatları assosiasiyalarını öz sıralarımızda görməkdən məmnunluq duyuruq. Azərbaycan Təhsil Tədqiqatları Assosiasiyası (AzERA) yeni yaradılmış bir təşkilatdır. Bakıda olmağımızın əsas məqsədi AzERA ilə birlikdə ikigünlük seminar təşkil etmək, milli təhsil tədqiqatı assosiasiyasının yaradılması üçün lazımi tədbirlər görməkdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Avropa Təhsil Tədqiqatları Assosiasiyasının (EERA) prezidenti Marit Honered Hoveyd söyləyib. O deyib: “Təşkilatımızın əsas ideyası təhsil və ictimaiyyət naminə təhsil tədqiqatını təşviq etməkdir. Burada gənc tədqiqatçılar üçün seminarlar və milli elmi tədqiqat konfransı keçirə bilərik. Bundan əlavə, EERA hər il beynəlxalq konfrans təşkil edir və azərbaycanlı tədqiqatçılar bu konfransda iştirak edə bilərlər”.