Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qanidən

Zati-aliləri,

28 May - Respublika Günü münasibətilə Sizə Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Əminəm ki, Əfqanıstan ilə Azərbaycan arasında dərin tarixi, mədəni və qarşılıqlı maraqlara əsaslanan əlaqələr gələcəkdə bütün sahələrdə daha da möhkəmlənəcək və inkişaf edəcək.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına isə tərəqqi arzu edirəm.

Hörmətlə,

Məhəmməd Əşrəf Qani

Əfqanıstan İslam Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin