DÜNYA
Əhməd Diyab: Olimpiadanı yunanlar deyil, misirlilər icad ediblər
Qahirə, 22 avqust, AZƏRTAC
Adətən belə hesab edilər ki, Olimpiya oyunlarının baniləri yunanlardır. Əslində isə bu Oyunları qədim misirlilər icad ediblər və olimpiya yarışlarının ilk təşəbbüsçülərinin məhz misirlilər olduğunu təsdiq edən arxeoloji faktlar var. Avstriyanın Klaqenfurt Universitetinin alimi, heroqliflər üzrə ekspert Əhməd Diyab bu barədə Misirin “Əl-Əhram” internet nəşrinə məlumat verib.
Onun sözlərinə görə, Misirin cənubundakı Əl-Minya şəhərindəki məqbərələrdə indiyə qədər salamat qalmış freskalarda qədim misirlilərin idman yarışları təsvir edilir. Alimin fikrincə, bu yarışlar Olimpiya oyunlarının prototipi olub. Söhbət Orta çarlıq dövrünə (eramızdan əvvəl XXI-XVII əsrlər) aid Misir fironlarının XI və XII sülalələrinin qəbirlərindən gedir. Bu rəsmlərdə kamandan oxatma, güləş, yüngül atletika, top oyunu, avarçəkmə və başqa idman növləri təsvir edilib.
Alimin fikrincə, müasir sivilizasiyanın qədim yunan nailiyyətlərinə əsaslanması fikrinə baxmayaraq, yunan sivilizasiyasının bütün nailiyyətləri daha dərin köklərə malikdir. Bu, Misir sivilizasiyasıdır”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə