Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Seçkilərdə qazandığınız inamlı qələbə qardaş Əlcəzair xalqının şəxsən Sizə, tutduğunuz siyasi xəttə böyük inam və etimadının aşkar təzahürüdür.

Biz Azərbaycan-Əlcəzair dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. Dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq doğurur.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Əlcəzair xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə daim müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 sentyabr 2024-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin