MƏDƏNİYYƏT
Elçin Şirinov "Different Sounds Art'n'Music" musiqi festivalında iştirakdan imtina edib
Bakı, 3 iyul, Xanım Nağıyeva, AZƏRTAC
Xəbər verdiyimiz kimi iyulun 8-dən 12-dək Polşanın Lublin şəhərində "Different Sounds Art'n'Music" Beynəlxalq musiqi festivalı keçiriləcək. Azərbaycanın tanınmış caz pianoçusu Elçin Şirinovun da festival iştirakçıları arasında olduğu və Polşanın məşhur caz ifaçılarından olan Qjeqoj Karnas ilə eyni səhnəni bölüşəcəyi haqqında məlumat vermişdik.
Elçin Şirinov AZƏRTACA-a bildirib ki, festivaldakı çıxışından imtina edib. Səbəb isə festival çərçivəsində qondarma "erməni soyqırımı"na həsr olunan bir sıra konsertlərin keçirilməsinin nəzərdə tutulmasıdır. Elçin Şirinovun sözlərinə görə, o bu məlumatı sonradan öyrənib və dərhal festivaldakı iştirakdan imtina edib.
Elçin Şirinov əlavə edib ki, onu festivala dəvət edən Qjeqoj Karnas da qondarma "erməni soyqırımı"na həsr olunan konsertlər haqqında məlumatsız olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [21:00]
“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ
- 30.04.2024 [17:32]
Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb
- 30.04.2024 [15:20]
Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib
- 30.04.2024 [14:57]
“Tron 3” filminin nümayiş tarixi məlum olub
- 30.04.2024 [14:55]
Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında
- 30.04.2024 [14:38]
Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb
- 30.04.2024 [14:08]