ELM VƏ TƏHSİL
Elektron təhsil texnologiyalarının imkanları araşdırılacaq
Bakı, 10 fevral, AZƏRTAC
Martın 15-də Rusiyanın Novosibirsk şəhərində “Elektron təhsil texnologiyaları qeyri-məhdud imkanlar sahəsidir” mövzusunda ikinci beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildiriblər ki, tədbir elektron təhsil texnologiyaları; metodologiya, nəzəriyyə və tətbiq təcrübəsi, müasir dövrdə fasiləsiz təhsilin reallaşdırılması, elektron təhsilin pedaqogika və psixologiyası, distant təhsil texnologiyaları, təhsil müəssisələrinin informasiya mühiti istiqamətləri üzrə təşkil olunacaq.
Konfrans online texnologiyalar əsasında keçiriləcək. Tədbirə qatılmaq üçün “stu.ru” saytının “Novosti” bölməsinə daxil olmaq lazımdır.
Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunacaq.
Martın 15-dək [email protected] elektron poçtuna və konferencii.ru saytına müraciət etmək olar.