REGİONLAR
Elena Rezepova: Seçicilərin öz iradələrin azad və demokratik şəkildə ifadə etmələri üçün məntəqələrdə lazımi şərait yaradılıb
Naxçıvan, 9 fevral, Tural Kəngərli, AZƏRTAC
Mənim seçkilərdə müşahidəçi kimi böyük təcrübəm var. Buna əsaslanaraq deyə bilərəm ki, Azərbaycanda seçkilərə hazırlıq və seçki prosesi yüksək səviyyədə təşkil olunub.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan şəhərində Azərbaycanın Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkiləri müşahidə edən MDB müşahidə missiyasının üzvü Elena Rezepova deyib.
“Naxçıvanda bir çox məntəqələrə baş çəkmişik, burada seçicilərin fəallığı müşahidə olunur”, - deyən Elena Rezepova vurğulayıb ki, seçicilərin öz iradələrin azad və demokratik şəkildə ifadə etmələri üçün məntəqələrdə lazımi şərait yaradılıb.
Müşahidəçilər üçün də yüksək səviyyədə şərait yaradıldığını bildirən Elena Rezepova qeyd edib ki, olduqları bütün məntəqələrdə onlar gülərüz və səmimiyyətlə qarşılanıblar.