Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

ƏLİ BAYRAMLI MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

ƏLİ BAYRAMLI MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
-Əziz dostlar,

Əziz bacılar və qardaşlar,

Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gün bu gözəl müalicə-diaqnostika mərkəzinin açılışı münasibətilə təbrik edirəm.

Təxminən ilyarım bundan əvvəl biz bu gözəl binanın təməl daşını birlikdə qoyduq və bu gün onun açılışında iştirak edirik. Çox şadam ki, qısa müddət ərzində Əli Bayramlıda çox gözəl və müasir tibb ocağı yaradılmışdır. Mən indi mərkəzlə tanış oldum və gördüm ki, burada ən yüksək səviyyəli avadanlıq quraşdırılıb, bu bina çox yüksək keyfiyyətlə tikilibdir. Yüksək səviyyəli tibbi xidmət almaq üçün burada hər bir şərait var. Bu onu göstərir ki, bizim sosial siyasətimiz öz bəhrəsini verməkdədir. Bütün bölgələrdə belə gözəl diaqnostika və müalicə mərkəzləri tikilir ki, bizim insanlarımız ən yüksək səviyyəli tibbi xidmət ala bilsinlər. Bu bina həm memarlıq baxımından çox gözəldir, həm də daxili, dizaynı da çox müasirdir. Ən mühümü isə ondan ibarətdir ki, burada ən müasir avadanlıq quraşdırılıbdır. Dünyada hansı ən gözəl avadanlıq varsa, onlar burada quraşdırılıbdır. Bu, bizim siyasətimizdir. Biz istəyirik ki, Azərbaycanda bütün infrastruktur, tətbiq olunan, gətirilən və insanlara xidmət edən bütün avadanlıq ən yüksək keyfiyyətə malik olsun.

İndi Azərbaycanın müxtəlif yerlərində ondan çox belə gözəl binalar, xəstəxanalar tikilir. Dövlət Neft Şirkətinin xətti ilə tikilən birinci xəstəxana Lənkəranda istifadəyə verilmişdir. Sonra Naxçıvanda, bu gün isə Əli Bayramlıda. Birinci mərhələdə ən azı, on şəhər və rayonda buna oxşar gözəl tibb ocaqları tikiləcəkdir. Ondan sonra isə hər bir rayonda belə gözəl mərkəzlər tikilməlidir.

Bununla bərabər, Səhiyyə Nazirliyinin xətti ilə Azərbaycanın müxtəlif bölgələrində, Bakıda və rayonlarda yeni, gözəl xəstəxanalar, poliklinikalar tikilir. Köhnə, yararsız vəziyyətdə olan xəstəxanalar təmir olunur. Bu məqsədlərə böyük vəsait ayrılır və Azərbaycanın dövlət büdcəsində səhiyyə xərclərinə çox böyük diqqət göstərilir. Müqayisə üçün deyə bilərəm ki, 5 il bundan əvvəl Azərbaycanda səhiyyə xərcləri 56 milyon dollar səviyyəsində idi, gələn il isə bu, 411 milyon dollar səviyyəsində olacaqdır. Bu vəsait həm bu sahədə çalışanların əmək haqlarının artırılmasına, həm də yeni xəstəxanaların tikintisinə sərf edilir.

Biz çox geniş proqram üzərində işləyirik və istəyirəm ki, Azərbaycanda tibbi xidmət ən yüksək səviyyədə olsun. Bu, sosial siyasətin vacib əlamətidir. Azərbaycanda sosial proqramların icrası çox uğurla gedir. Qısa müddət ərzində insanların həyat səviyyəsinin yaxşılaşması üçün lazımi tədbirlər görülübdür. Əmək haqları, pensiyalar artırılır və gələn il də artırılacaqdır. Yanvarın 1-dən minimum pensiya və minimum əmək haqqı yenə də qaldırılacaqdır. Sonra, ilin ortasında da biz bunu nəzərdə tutmuşuq. Bir sözlə, Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşamalıdır. Bunun üçün iqtisadi şərait yaradılır və büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların əmək haqları artırılır və artırılacaqdır.

Səhiyyə sahəsinə indi böyük investisiyalar qoyulur. Bakıda bir neçə böyük xəstəxana tikilir, yaxud da əsaslı təmir olunur. Klinik xəstəxana, göz xəstəxanası tikilir, onkoloji xəstəxana tikilir, Azərbaycan Dövlət Tibb Universtitetinin terapevtik klinikası tikilir. Böyrəkköçürmə mərkəzinin yaradılması haqqında mənim tərəfimdən bu yaxınlarda sərəncam verilmişdir. Doğum evləri, bir sözlə, tibb infrastrukturunun inkişafı üçün biz bundan sonra da əməli-praktik işlər görəcəyik.

O ki qaldı digər sosial məsələlərin həllinə, bu sahədə də irəliləyiş var. 200 mindən artıq insan ünvanlı sosial yardım alır, dediyim kimi, pensiyalar və əmək haqları artırılır. Gələcəkdə bizim iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, bu sahəyə daha da böyük diqqət göstəriləcəkdir. Bizim bütün uğurlarımızın təməlində Azərbaycanda aparılan siyasi və iqtisadi islahatlar dayanır. Əgər biz sürətli iqtisadi artıma nail olmasaydıq, indi büdcəmiz də bu qədər böyük olmazdı. Deyə bilərəm ki, son 5 il ərzində Azərbaycanın dövlət büdcəsi, büdcə xərcləri 10 dəfə artıbdır. Bu, bəlkə də dünyada analoqu olmayan bir nəticədir. Qısa müddət ərzində biz bütün imkanlarımızı səfərbər edirik. Azərbaycanda liberal islahatlar, həm siyasi, həm də iqtisadi islahatlar sayəsində, iqtisadiyyatımızın liberallaşması nəticəsində özəl sektorun inkişaf etməsi və dövlət siyasətinin düzgün istiqamətdə aparılması nəticəsində biz buna nail ola bilmişik.

2003-cü ilin dövlət büdcəsi 1 milyard dollardan bir qədər çox idi, 2008-ci ilin icmal büdcəsi isə 12 milyard dollar səviyyəsindədir. Bu, nəinki bölgədə, hətta dünya miqyasında adambaşına düşən büdcə xərclərinin həcminə görə çox yüksək nəticə hesab olunur. Əlbəttə ki, bu, hələ son hədd deyil, biz növbəti illərdə büdcəmizin daha da böyüməsi üçün bütün imkanlardan istifadə edəcəyik. Azərbaycanın artan iqtisadi gücü, əlbəttə, sosial məsələlərin həllində də öz əksini tapır, belə gözəl xəstəxanalar tikilir. Bu gün səhər mən Hacıqabul-Kürdəmir avtomobil yolunun açılışında iştirak edirdim. Azərbaycanda bütün istiqamətlərdə yeni magistral yollar, şəhərlərarası yollar salınır. Bakı şəhərində, digər şəhərlərdə nəqliyyat infrastrukturuna böyük vəsait qoyulur. Son 4 il ərzində 1200 məktəb tikilibdir. Bu gün Əli Bayramlıda vaxtilə qəza vəziyyətində olan məktəbin açılışında iştirak edəcəyəm. Bu, onu göstərir ki, bizim iqtisadi imkanlarımız və potensialımız Azərbaycanın hərtərəfli inkişafına yönəldilmişdir. İqtisadi, siyasi islahatlar, müvafiq sahələr üzrə dövlət proqramlarının, o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının uğurla icrası ölkəmizin hərtərəfli inkişafına gözəl şərait yaradır.

Biz artıq 4 ildir ki, regionların inkişafı üçün proqramı icra edirik və deyə bilərəm ki, bu illər ərzində onun əsas məqsədlərinə artıq nail olunubdur. Onu da deyə bilərəm ki, biz 2004-cü ilin fevralında regionların inkişafına dair proqamı qəbul edəndə orada, əlbəttə ki, ölkəmizin inkişafı üçün lazım olan bütün tədbirləri nəzərdə tuta bilmirdik. Hətta bu gözəl xəstəxana da o proqrama daxil deyildi.  

Bu gün təməlini qoyacağımız Əli Bayramlı elektrik stansiyasının tikintisi də o proqramda nəzərdə tutulmurdu. Yəni proqramdan əlavə çox böyük, vacib qərarlar və böyük investisiya layihələri qəbul edilibdir. Ancaq bununla bərabər, proqramın icrasında müəyyən yubanmalar da var. Biz onu da bilirik və bu məsələlərin aradan qaldırılması üçün lazımi tədbirləri görürük. Bir sözlə, bu 4 il ərzində Azərbaycanda regionların inkişafı təmin olundu. İqtisadiyyatımızın şaxələndirilməsi təmin olundu, özəl sektorun inkişafı təmin olundu. Bu gün Azərbaycan iqtisadiyyatında özəl sektorun xüsusi çəkisi 80 faizdən çoxdur.

Bu illər ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşmüşdür. Əminəm ki, 2007-ci ilin yekunlarına görə, - indi bu məlumatlar hesablanır, - Azərbaycanda yoxsulluğun səviyyəsi daha da aşağı düşəcəkdir. Azərbaycanda son 4 il ərzində 600 mindən çox yeni iş yeri açılmışdır ki, onlardan 450 mini daimi iş yerləridir. Demək olar ki, biz bu sahədə beşillik proqramımızı 4 ildə yerinə yetirə bilmişik. Hər açılan iş yeri həm məşğulluqdur, həm də ölkə iqtisadiyyatına töhfədir. Bizim iqtisadiyyatımız dünyada görünməmiş sürətlə artır. Keçən il 35 faiz, ondan əvvəlki ildə 26 faiz artmışdır, bu il təxminən 25-30 faiz həddində gözlənilir. Deyə bilərəm ki, bu, heç bir başqa ölkədə heç vaxt müşahidə olunmamış bir nəticədir. Biz bu gün bunun nəticəsini görürük. Azərbaycanın mökəmlənməsində, hərtərəfli inkişafında iqtisadi və siyasi gücümüzün artmasında, dünyadakı mövqelərin möhkəmlənməsində və ilk növbədə, insanların daha da yaxşı yaşamasında görürük.

Bu sahədə daha da çox işlər görülməlidir. Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Deyə bilərəm ki, biz qəbul edilmiş proqramların icrasının təxminən ortasındayıq. Növbəti illərdə daha da fəal işləməliyik ki, Azərbaycanda yoxsulluq, işsizlik tamamilə aradan qaldırılsın. Yeni zavodlar, fabriklər daha da sürətlə işə başlasın, Azərbaycanın hərtərəfli və dayanıqlı davamlı inkişafı təmin olunsun. Bunu etmək üçün bizim bütün imkanlarımız var: ilk növbədə, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, güclü enerji siyasətimiz, regionların inkişafı, sosial infrastrukturun möhkəmlənməsi, sahibkarlığın inkişafı və Azərbaycanda böyük şirkətlərin yaranması. Biz sahibkarlıqla məşğul olmaq istəyənlər üçün də gözəl şərait yaradırıq, onların işini asanlaşdırırıq. İndi bizneslə məşğul olmaq üçün bir ay vaxt sərf etmək lazım olmayacaq. Bizneslə məşğul olmaq istəyənlər “bir pəncərə” prinsipi əsasında cəmi bir neçə günə öz işinə başlaya bilərlər. Dövlət tərəfindən isə bu sahədə çalışanlara bundan sonra da yardımlar göstəriləcəkdir.

Gələn il də özəl sektora ayrılacaq kreditlərin məbləği təxminən 100 milyon dollar səviyyəsində olacaq. Bu il də belə idi, əvvəlki ildə də belə idi. Bu məbləğin verilməsi ilə, əlbəttə, bölgələrdə yeni iş yerləri açılır. Bütün zavodlar, fabriklər, bölgələrdə bütün sənaye müəssisələri özəl sektor tərəfindən yaradılır, dövlət tərəfindən yaradılmır.

Dövlət şərait yaradır. Kreditləri ayırır, iqtisadiyyatı liberallaşdırır, yollar çəkir, elektrik stansiyaları tikir, su xətləri, qaz xətləri çəkir ki, infrastruktur yaradılsın. Bu infrastrukturun mövcudluğu, əlbəttə, özəl sektorun inkişafına təkan verəcəkdir. Son iki il ərzində Azərbaycanda 5 elektrik stansiyası istismara verilibdir və bu gün “Cənub” elektrik stansiyasının təməli qoyulacaqdır. Əminəm ki, iki il yarım ərzində biz bu stansiyanın istismara verilməsinə nail olacağıq və bütün bu bölgə elektrik enerjisi ilə daha da böyük həcmdə təmin ediləcəkdir.

2007-ci il artıq başa çatır. 2007-ci ilin nəticələri sevindiricidir. Bir daha demək istəyirəm ki, Azərbaycan bu il ərzində öz mövqelərini daha da möhkəmləndirdi, bölgədə gedən proseslərə öz təsirini gücləndirdi. Biz bölgə üçün, ölkəmiz üçün lazım olan böyük layihələrin başlanmasına nail ola bilmişik. Bu il Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilibdir və Azərbaycan Avropa üçün, Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün çox önəmli və deyə bilərəm ki, əvəzolunmaz ölkəyə çevrilibdir. Əlbəttə ki, bu, bizim həm iqtisadi, həm siyasi dayaqlarımızı böyük dərəcədə möhkəmləndirəcəkdir. Bu il uzun illər ərzində layihəsini reallaşdırmağa çalışdığımız Bakı-Tbilisi-Qars dəmir yolunun təməl daşı qoyulubdur. Bunun çox böyük tarixi əhəmiyyəti var. Bu, Azərbaycanı Türkiyə ilə, Avropa ilə birləşdirir. Orta Asiyanı Azərbaycan vasitəsilə Avropa ilə birləşdirir. Bunun həm böyük siyasi, iqtisadi və həm də regional əhəmiyyəti var. Azərbaycan bu işlərdə öz müsbət rolunu oynamışdır, həm siyasi addımlarla, həm iqtisadi imkanın yaradılması, maliyyə resurslarının ayrılması ilə buna nail olmuşuq. Ümid edirəm ki, qısa müddət ərzində bu yol istismara veriləcək və bölgəyə yeni nəfəs gətirəcəkdir.

Deyə bilərəm ki, 2007-ci ildə biz qarşıda duran vəzifələri icra etmişik. Elə məsələ yoxdur ki, biz onu icra edə bilməmişik. Biz bunu Azərbaycan xalqı ilə birlikdə, xalqla iqtidar arasında olan birlik sayəsində etmişik.

Azərbaycanın uğurlu inkişafı bundan sonra da təmin olunacaqdır. Bildiyiniz kimi, mən bölgələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. İstəyirəm ki, Azərbaycan bölgələri daha da sürətlə inkişaf etsin. Bölgələrdə bütün lazımi infrastruktur, sosial-iqtisadi, sənaye infrastrukturu yaradılmalıdır, müəssisələr işləməlidir, insanlar işlə təmin olunmalıdırlar, abadlıq-quruculuq işləri aparılmalıdır, məktəblər, xəstəxanalar, yəni insanın həyatı üçün bütün şərait olmalıdır və özü də ən yüksək səviyyədə. Azərbaycanda tikilən xəstəxanalar bu xəstəxana kimi olmalıdır, tikilən məktəblər yüksək standartlara cavab verməlidir. Azərbaycan xalqı buna layiqdir. Mən çox sevinirəm ki, ölkəmizin inkişafı, həm daxildə gedən prosesləri gücləndirir, həm də Azərbaycanı dünya çapında çox önəmli ölkəyə çevirir. Bizim böyük imkanlarımız var, təbii sərvətlərimiz, gözəl coğrafi vəziyyətimiz, istedadlı xalqımız, siyasi iradə - bütün bu amillər Azərbaycanı gözəl gələcəyə aparacaqdır.

Eyni zamanda, biz indi yeni il ərəfəsindəyik. Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsindəyik. Bu sahədə də biz böyük işlər görürük. Azərbaycan dövləti dünyada yaşayan bütün azərbaycanlıları birləşdirmək üçün lazımi tədbirləri görür. Bakıda keçirilən dünya azərbaycanlılarının qurultayları, digər mühüm tədbirlər, o cümlədən xaricdə keçirilən tədbirlər bütün azərbaycanlıları birləşdirir.

Əziz dostlar, əziz bacılar və qardaşlar, mən qarşıdan gələn bütün bayramlar münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Arzu edirəm ki, 2008-ci il də Azərbaycan xalqı üçün uğurlu olsun, ölkəmiz inkişaf etsin, çiçəklənsin. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qan vermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübdə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

® “AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib VİDEO

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində Qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub