İQTİSADİYYAT
“Embawood” MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib
Bakı, 21 avqust (AZƏRTAC). “Embawood” MMC-nin faizli, təmin edilmiş, sənədsiz, adlı istiqrazları avqustun 21-dən Bakı Fond Birjasında (BFB) listinqə (standart bazar) daxil edilib. İstiqrazların yerləşdirilməsinə avqustun 22-dən başlanılacaq.
BFB-dən AZƏRTAC-a daxil olan məlumata görə, emissiyanın həcmi 10 milyon manat, yerləşdiriləcək istiqrazların sayı 10 min ədəd, bir istiqrazın nominal dəyəri 1000 manat, tədavül müddəti 1 təqvim ili, faiz dərəcəsi 11 faizdir. Anderrayter “Paşa Kapital” MMC-dir.
“Embawood” MMC-nin investisiya memorandumu və maliyyə hesabatları BFB-nin internet saytının (www.bfb.az) “Listinq” bölməsində yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]