Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Əmlak Məsələləri Dövlət Komitəsində geniş müşavirə keçirilib

Bakı, 29 iyul, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) bu ilin yanvar-iyun aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlardan danışan komitə sədri Kərəm Həsənov sosial-iqtisadi siyasətinin mərkəzində həmişə vətəndaş rifahının təminatı prinsipi dayandığını qeyd edib. Ölkə başçısının rəhbərliyi ilə davam edən uğurlu islahatlar sosial sahədə olduğu kimi, artıq idarəetmənin müasir dövrün tələblərinə uyğunlaşmasında, dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin elektron müstəvidə həyata keçirilməsində də özünü göstərməkdədir.

Bildirilib ki, dövlətimizin başçısının müəyyən etdiyi iqtisadi strategiyaya və tapşırıqlara uyğun olaraq, bu ilin 6 ayında Əmlak Məsələləri Dövlət Komitəsi də əmlak idarəçiliyi və vətəndaşlara göstərilən xidmətlər sahəsində gördüyü işlər və yeni layihələrlə ölkədə aparılan islahatlara öz töhfəsini verməkdədir. Bu sahədə ən mühüm hadisələrdən biri cari ilin ilk günlərində Prezident İlham Əliyevin iştirakı ilə komitənin Əmlak Xidmətləri Məkanının açılışının olmasıdır. Elektron idarəetmə sisteminin tətbiq edildiyi məkanda xidmətlər daha dəqiq, proseduralar daha sürətlə yerinə yetirilir. Qısa müddət keçməsinə baxmayaraq, Əmlak Xidmətləri Məkanına 120 minədək vətəndaş müraciəti daxil olub. Artıq respublikanın iki regionunda - Gəncə və Xaçmaz şəhərlərində yeni Əmlak Xidmətləri Məkanının tikintisinə başlanılıb.

Qeyd edilib ki, ölkə başçısının bu il martın 29-da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda etdiyi dəyişiklikliyə əsasən, əmlaklara dair çıxarışların tam olaraq elektron müstəviyə keçib. Bununla da təkrar qeydiyyat tam olaraq elektronlaşır, vətəndaş-məmur ünsiyyətini minimuma enir, əmlakın qeydiyyatı sadələşir. Artıq ölkədə 50 mindən çox elektron çıxarış hazırlanıb. Eyni zamanda, dövlət başçısının imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman da vətəndaş məmnunluğuna, sadə formada mülkiyyətin qeydiyyata alınması, ölkədə leqal əmlakların sayının artması istiqamətində bir yenilik olub. Fərmanın icrası ilə bağlı “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində istismarına icazə verilən binalarda, bilavasitə sakinlərin ünvanlarında qeydiyyat xidmətləri göstərilir. Cari ilin 6 ayında 60-dək Mənzil Tikinti Kooperativinin (MTK) sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə daxil olub. Ümumilikdə həmin mənzillərə dair 2 min 500-dən çox elektron çıxarış hazırlanıb.

Vurğulanıb ki, bu dövrdə əmlak idarəçiliyi sahəsində atılan ən böyük islahat xarakterli addımlardan biri də ölkə başçısının cari il martın 5-də imzaladığı “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Qanundur. Bu Qanun nəticəsində 140-dan çox özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) bu il martın 1-nə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək. Bu da təqribi hesablamalara görə, 12 milyon manatdan artıq vəsait edir.

Müşavirədə bildirilib ki, daşınmaz əmlaklar haqqında vahid və etibarlı informasiya bazası olan Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması istiqamətində işlər davam etdirilir. Sistemin formalaşdırılması və inteqrasiyası ilə bağlı texniki şərtləri hazırlayacaq beynəlxalq nüfuzlu xarici məsləhətçi şirkət seçilib. Bu sahədə bir sıra qaydalar hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırmalar aparılır. Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat elektron xidmətlər portalı vasitəsilə onlayn rejimdə qəbul edilməkdədir. “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” adlı xidmət vasitəsilə müəssisələrin hesabatları komitə tərəfindən elektron formada qəbul olunur, ərazi idarələrinə göndərilir və yekun hesabat registr bazasına yerləşdirilir.

Qeyd olunub ki, dövlət əmlakının özəlləşdirilməsinin tam olaraq elektronlaşması istiqamətində işlər daha da genişləndirilir. Cari ilin birinci yarısında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 83 hərrac keçirilib. Dövlət əmlakının özəlləşmə prosesinin sürətləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edən “Özəlləşdirmə portalı”na 6 ayda 400 minədək baxış olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 2,4 milyonu ötüb.

Diqqətə çatdırılıb ki, xarici və yerli investorların özəlləşdirmə prosesi barədə məlumatlandırılması, eləcə də onların prosesdə daha fəal iştirakının təmin olunması məqsədilə görüşlər keçirilir, onlara özəlləşdirmə portfelinə daxil olan müəssisələr haqqında informasiya verilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işi uğurla icra olunur. Yeni yaradılmış Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) birinci mərhələsi respublikanın şəhər və rayon mərkəzlərini özündə əks etdirməklə artıq başa çatdırılıb. Hazırda ÜRİS-in 2-ci mərhələsi olan kənd yaşayış məntəqələrinə ünvanların verilməsi və sistemə işlənməsi işləri görülür. Ölkədə beynəlxalq qaydalara uyğun qurulmuş ünvan sahəsində də yenilik olan “Ünvan portalı” cari ildə də vətəndaşların xidmətindədir.

Vurğulanıb ki, torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi üçün Peyk Nəzarət Sistemi qurulur. Bu sistem vasitəsilə əldə ediləcək peyk məlumatları torpaqların təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcək. Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, xidmətlərdə sosial və innovativ amillərin gücləndirilməsi, rahatlıq və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Çıxarışların 1 iş günü müddətində verilməsi vətəndaşların əmlaklarını qeydiyyata almaq marağını artırır. Yarım ildə ölkə üzrə 112 minədək daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.

Vurğulanıb ki, cari ildə də vətəndaş müraciətlərinə həssaslıqla yanaşılıb. “193” saylı “Vahid Çağrı Mərkəzi”nin funksionallığı artırılıb, qeydiyyat və kadastrla bağlı müraciətlərin qəbulu xətləri yaradılıb. Müasir kadr potensialına əsaslanan çevik idarəetmənin qurulması istiqamətində də bir sıra tədbirlər təşkil edilib, regionlarda görüşlər keçirilib, könüllülərlə birgə iş prinsipi formalaşdırılıb.

Müşavirənin sonunda komitə sədri K.Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Qeyd edib ki, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində operativ fəaliyyət göstərilməlidir.

Komitə sədri Milli Məkan Məlumatlarının formalaşdırılması ilə bağlı görülən işlərin sürətlənməsi tapşırığını verib. O vurğulayıb ki, müxtəlif profilli yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə özəlləşdirmədə yeni yanaşmaların tətbiqi genişləndirilməlidir. Həmçinin bildirib ki, daşınmaz əmlakın qeydiyyatı tam elektronlaşdırılmalı, prosedurlar daha da sadələşdirilməlidir. Eyni zamanda, torpaqların idarə edilməsində Peyk Nəzarət Sistemindən istifadə edilməsi təmin edilməli, torpaqların elektron uçotunun yekunlaşdığı rayonlar üzrə torpaq idarəçiliyi təhlil olunmalı və yeni yanaşmalara dair təkliflər hazırlanmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Seçkilərin birinci turu Makron üçün alçaldıcı olub

Erməni deputat: Ermənistan bütün qonşularının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır

Gürcüstanda qumar oyunları ilə bağlı qadağalar sərtləşdirilib

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsinin finalçıları elan edilib

Nikol Paşinyan Ermənistandakı demokratiyanın keyfiyyətindən narazıdır

İspaniya NATO-nun Slovakiyadakı döyüş qrupuna rəhbərliyə başlayıb

Reuters: Britaniyada seçki öncəsi keçirilən sorğu-anketlerdə Leyboristlər öndədir

Paytaxtda 198 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 413 min manatdan artıq ziyan vurulub

Masallıda keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

CBC erməni siyasətinin gizli mexanizmlərini üzə çıxaran yeni sənədli film təqdim edir

Dövlət Su Ehtiyatları Agentliyi son günlər baş verən sel və daşqınlara qarşı mühafizə tədbirlərini artırıb

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kurslarında tədris ilinə yekun vurulub

Qoydan kəndinin sakinləri torpaq sürüşməsi səbəbindən təxliyə olunub

Azərbaycan millisinin aparıcı futbolçusu əməliyyat olunub

MEK-in 2024-cü ilin birinci yarısı üçün hesabatı dinlənilib

Prezident İlham Əliyev Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Ənənəvi iqtisadi inkişaf modeli Yer kürəsinə zərərlidir - VİDEOMÜSAHİBƏ

Reparasiya tərəfdarları Niderlandın üzr bəyanatlarının səmimiliyinə şübhə ilə yanaşır

BDU-nun jurnalı “Riyaziyyat, tətbiqi riyaziyyat” kateqoriyası üzrə 2-ci yerdə qərarlaşıb

Azərbaycan Deflimpiya Komitəsində yeni təyinat olub

İdxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

“Asiya uşaqları” Oyunlarının qalibi: Dostumu məğlub edən idmançıdan revanş aldım

Bakıda Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib

Həqiqi hərbi xidmətə çağırılanlarla bağlı bəzi kateqoriyalar üzrə yekun tibbi müayinə necə aparılır?

Azərbaycanın yunan-Roma güləşçiləri "Asiya uşaqları" Oyunlarına 2 medalla başlayıblar

Azərbaycan millisinin seçmə mərhələnin oyunları üçün heyəti bəlli olub

Professor Nadir Məmmədli “Beynəlxalq Mahmud Kaşğari mükafatı”na layiq görülüb

“SABAH” qruplarına test imtahanının nəticələri elan olunub

Polşa ATƏT-dəki nümayəndəliyini bağlayır

Xocavənddə 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb

Azərbaycan cüdoçusu “Asiya uşaqları” Oyunlarının qalibi olub

Ukrayna Təhlükəsizlik Xidməti bu ölkədə dövlət çevrilişi hazırlayan qrupu ifşa edib

Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəblərə şagirdlərin qabiliyyət imtahanları yekunlaşıb

Dağlıq və dağətəyi rayonlarda leysan yağacaq, dolu düşəcək - PROQNOZ

Xaricdən sifariş olunan malların istehlakçılara çatdırılması xidmətini həyata keçirən sahibkarlarla görüş keçirilib

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edilib

Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 11 mini keçib

Yanacağa qənaət edən avtomobillərə keçid sürətlənəcək - AÇIQLAMA

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir YENİLƏNƏCƏK VİDEO

Dünya mediası Fransada parlament seçkiləri haqqında: ifrat sağçılar hakimiyyətə gəlir

Dövlət Akademik Filarmoniyası tamaşaçılara zəngin proqram hazırlayıb

Bülənt Korkmaz: Türkiyə millisinin böyük potensialı var, Avropa çempionatında uğur qazana bilər

DSMF: Yanvar-iyun ayları ərzində 15,2 mindən çox vətəndaş müraciəti cavablandırılıb

Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində yeni marşrutlar istifadəyə verilib

VI “Neftçili Yay Futbol Düşərgəsi” başa çatıb

Monqolustanda yeni qanuna əsasən 32 qadın parlamentə seçilib

BMT-nin 2024-cü il üçün Davamlı İnkişaf Hesabatı açıqlanıb

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı keçirilib

Həyətində çətənə kolları yetişdirən Salyan sakini saxlanılıb VİDEO

Şuşa Teatrının iyul repertuarı açıqlanıb

Rəqabət Məcəlləsi iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaradacaq

Avstraliya əcnəbi tələbələr üçün viza rüsumlarını ikiqat artırır

DİM rəhbəri: Müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir

Kitabxanada gənc rəssamın sərgisi açılıb

Fransada seçkilərdən sonra etiraz aksiyaları başlayıb VİDEO

“Sony” şirkəti CD-R, DVD-R və BD-R disklərinin istehsalını dayandırır

Stomatoloq: Diş itirilməsinin səbəbinin 70 faizi parodont xəstəliklərlə əlaqəlidir

Nazir: Bu gün ölkədə müəllim hazırlığına ciddi ehtiyac var VİDEO

Filippində denge qızdırması pik həddinə çatıb

Nazir: Uşaqların 85 faizindən çoxu bağçalara və məktəbəhazırlığa cəlb olunub VİDEO

Azərbaycan Premyer Liqasına qayıdan komanda yeni qapıçı transfer edib

ABŞ-da seçicilərin 72 faizi Cozef Baydenin sağlam olmasına şübhə edir

11 yaşını qeyd edən Oxu.az yeni layihəyə hazırlaşır – REPORTAJ

Fransa parlamentinə seçkilərin ilk turunda “Milli birlik” partiyası qalib gəlib

Misir və Aİ 33 milyard dollarlıq investisiya müqavilələri imzalayıb

Azərbaycan Ordusunun zabiti vəfat edib

“Azərpoçt” 19-cu “ÜPİ Təsnifat Müsabiqəsi 2024”də iştirak edir

İspanlar kütləvi turist axınına etiraz edirlər

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

BDU-nun həmtəsisçisi olduğu jurnal 489 beynəlxalq nəşr arasında 6-cı yerdə olub

Azərbaycan Boks Federasiyasının 100 illiyi ilə bağlı xüsusi loqo hazırlanıb

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Ötən həftəsonu təhvil götürülən silah-sursatın sayı məlum olub

DİN: Son iki gündə 216 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Azərbaycan güləşçiləri xatirə turnirində beş medal qazanıblar

Prorektor: Sevindirici haldır ki, ADA Beynəlxalq Təhsil Konfransı çox dinamik və populyar platformaya çevrilib

Macarıstan Aİ Şurasının sədri oldu

Elm və təhsil naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Yens Stoltenberq NATO-nun Baş katibi postunda sonuncu müsahibəsini verib

Hərbi Tibb fakültəsində feldşerlərin buraxılış mərasimi olub

DİN: Ölkə ərazisində qeydə alınan 74 cinayətin üstü açılıb

Avro-2024: Bu gün 1/4 final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq

Türkiyə Azərbaycandan idxal edilən bəzi məhsullara gömrük rüsumunu azaldıb

BVF Qanada iqtisadi islahatlara dəstək üçün 360 milyon dollar ayırıb

“SOCAR Downstream Management” şirkətində görülmüş işlərlə əlaqədar hesabat görüşü keçirilib

"Asiya uşaqları" Oyunları: Azərbaycan atleti bürünc medal qazanıb

Dünya birjalarında neft bahalaşıb

Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat elan edir

Şabranda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Azərbaycan dövləti Ukrayna Milli Uşaq Kitabxanasının təmirinə maliyyə yardımı ayırıb

İmişlidə qəza zamanı ata ölüb, övladı xəsarət alıb

Hacıqabulda yol qəzası olub, yaralılar var

Xızıda əməliyyat yolu ilə silah-sursat və çətənə kolları aşkarlanıb

NATO Asiya-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı gücləndirəcək

Beynəlxalq münasibətlər sistemində daha səmərəli iştirakımız baxımından növbədənkənar parlament seçkilərinin keçirilməsi çox əhəmiyyətlidir – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Çingiz Qənizadə: Azərbaycan polisi ictimai-siyasi sabitliyin qorunmasında və Vətənin müdafiəsində həmişə ayıq-sayıqdır

Amerika Kuboku: Ekvador millisi 1/4 finala yüksəlib

NATO-nun məsləhətçisi: Almaniya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda böyük potensial görür – MÜSAHİBƏ