ELM VƏ TƏHSİL
Əqli mülkiyyət hüququ üzrə ingilis dilində magistratura proqramı təklif edilir
Bakı, 14 mart (AZƏRTAC). Dünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası, Beynəlxalq Əmək Təşkilatının Təlim Mərkəzi və İtaliyanın Turin Universiteti (www.turin-ip.com) tərəfindən əqli mülkiyyət hüququ üzrə ingilis dilində magistratura proqramı təklif edilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, proqramın məqsədi tələbələri əqli mülkiyyət hüququnun prinsipləri və bu sahədə baş vermiş inkişaflar ilə daha yaxından tanış etməkdir.
Namizədlər iqtisadiyyat, hüquq, mühəndislik, tibb, fizika, kimya, kommunikasiya elmləri və yaxud biznes inzibatçılığı sahəsində bakalavr diplomuna malik olmalı və ingilis dilini sərbəst bilməlidirlər. Keçid iqtisadiyyatlı və inkişaf etməkdə olan ölkələrin seçilmiş tələbələrinə Dünya Əqli Mülkiyyət Təşkilatının katibliyi tərəfindən təqaüdlər təqdim olunacaqdır.
Namizədlər ərizə formasını onlayn (www.wipo.int/academy/en/courses/academic_institutions/md_turin.html) şəkildə dolduraraq, tələb olunan digər sənədlər ilə (bakalavr diplomu və onun əlavəsinin ingilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiqlənmiş surəti, ingilis dilini bilmə haqqında sertifikat, tövsiyə məktubu, motivasiya məktubu, təqaüd üçün ərizə forması) birlikdə martın 15-dək [email protected] ünvanına təqdim edə bilərlər. Əlavə məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.