SİYASƏT
Erməni silahlı bölmələri atəşkəs rejimini pozmaqda davam edirlər
Bakı, 6 avqust (AZƏRTAC). Erməni silahlı bölmələri atəşkəs rejimini pozmaqda davam edirlər.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, erməni silahlı bölmələri avqustun 5-də gün ərzində və avqustun 6-da gecə Ermənistanın İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Azərbaycanın işğal olunmuş Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Gülüstan, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.