DÜNYA
Ermənilərin yığcam yaşadığı Samtsxe-Cavaxeti bölgəsinin Aspindza rayon sakininin evindən çoxlu döyüş sursati tapilmişdir
Tbilisi, 17 mart (AZƏRTAC). Gürcüstan ermənilərinin yığcam yaşadığı Samtsxe-Cavaxeti bölgəsinin Aspindza rayonundakı Vale kəndinin sakini Z. Davidin evində qeyri-qanuni saxlanılan külli miqdarda döyüş sursatı aşkar olunmuşdur.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, evdə axtarış aparılarkən müxtəlif kalibirli tüfənglər üçün 1803 patron, 6 əl qumbarası, siqnal qurğuları üçün 30 elektrodenator və s. döyüş sursatı tapılmışdır.
Hadisə ilə əlaqədar cinayət işi açılmış, araşdırmalar aparılır.
Qeyd edək ki, bu, həmin bölgədə külli miqdarda döyüş sursatı tapılmasının ilk faktı deyildir.
İslam Əliyev.
Tbilisi
AzərTac-ın Gürcüstandakı xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]
Almaniya Moskvadakı səfirini geri çağırır
- 06.05.2024 [15:03]