SİYASƏT
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ ATƏŞKƏS REJİMİNİ POZMAQDA DAVAM EDİR
Bakı, 26 fevral (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 25-də saat 11.55-dən 12.55-dək fasilələrlə Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.30-dan 14.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 18.15-dən 18.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 20.55-dən 21.10-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.