İDMAN
Əsas məqsədimiz "Bakı-2015" ilk Avropa Oyunlarının qalibi olmaqdır
![Əsas məqsədimiz](/files/2015/2/1200x630/1434631016129616728_1200x630.jpg)
Bakı, 18 iyun, Pərvanə Rəhimova AZƏRTAC
Komanda olaraq bizim əsas məqsədimiz "Bakı-2015" ilk Avropa Oyunlarının qalibi olmaqdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Rusiya Federasiyasının kişilərdən ibarət voleybol yığmasının kapitanı Dmitri Kovalyov deyib.
Komandanın kapitanı Bakıda olmaqdan məmnun qaldığını qeyd edib və Atletlər Kəndində onlar üçün yaradılmış şəraitə görə təşəkkürlərini bildirib.
Dmitri Kovalyov Slovakiya ilə keçirilən oyun haqda deyib: “Biz birinci setdə çox arxayın idik və rəqib komanda bundan yararlandı. Həmçinin bir neçə səhvimiz də olmuşdu. Sonrakı setlərdə gücümüzü topladıq və rəqibi keçdik, nəticədə 3:1 hesabı ilə qalib gəldik.
Ümumiyyətlə, burada zəif rəqiblər yoxdur. Güclülər sırasında olan Almaniya, Bolqarıstan və Serbiya yığmaları Bakıya birinci heyətlə gəliblər. Onlara qalib gəlmək bizim əsas hədəfimizdir”.