CƏMİYYƏT
Evdən qızıl-zinət əşyaları oğurlayan Qazax sakini yaxalanıb
Bakı, 10 yanvar, AZƏRTAC
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də rayondakı evlərin birindən beş min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qazax şəhər sakini E.Bayramov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 17-də rayondakı mağazaların birindən 800 manat dəyərində quru meyvə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Tahirov yaxalanıb.
Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də rayonda bir avtomobildən 200 manat pul, salon güzgüsü, dörd səsgücləndirici və sənəd oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini R.Ağazadə tutulub.
Faktlarla bağlı təhqiqat aparılır.