REGİONLAR
Fermer və bağbanlar üçün yeni kitablar nəşr olunub
Quba, 11 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun "Meyvə və çay bitkilərinin xəstəlik və zərərvericiləri" və "Bağlarda kompleks becərmə texnologiyaları" adlı yeni kitabları nəşr edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər iki kitab meyvəçiliklə məşğul olan fermerlər, sahibkarlar və həvəskar bağbanlar üçün nəzərdə tutulub.
"Meyvə və çay bitkilərinin xəstəlik və zərərvericiləri" kitabında meyvə və çay bitkilərinin bioloji inkişafı, onların xəstəlik və zərərvericiləri, zərərvurma dövrləri və mübarizə tədbirləri haqqında məlumatlar yer alıb.
"Bağlarda kompleks becərmə texnologiyaları" kitabında isə bağlarda cərgəarası torpağın saxlanması və becərilmə sistemi, meyvə bağlarının suvarılması və becərilməsində istifadə edilən texnologiylardan bəhs olunur.