MƏDƏNİYYƏT
Filarmoniyada Fikrət Əmirovun 100 illik yubileyi qeyd olunacaq
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, orkestrin dirijoru Əməkdar artist Fuad İbrahimov, solisti Xalq artisti Yeganə Axundovadır.
Konsertdə Fikrət Əmirovun əsərləri səslənəcək, həmçinin Yeganə Axundovanın ifasında tərtib olunmuş audiodiskin təqdimatı olacaq. Eyni zamanda Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə F.Əmirova həsr olunmuş fotosərgi nümayiş ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]